Səhər yeməklərinin əvəzedilməzi olan yumurtanın sağlamlığımıza bir çox faydası var. Bu yazımızda bu faydalardan bəhs etmişik.
Protein
Yumurtanın ən böyük xüsusiyyətindən biri qırmızı ətə nisbətən daha ucuz bir protein mənbəyi olmasıdır. 1 ədəd orta böyüklükdə olan yumurtanın tərkibində 5.5 qram protein var və bu miqdar günlük protein ehtiyacının 11%-ni qarşılayır. Yumurta, xüsusilə idmançılarda əzələlərin artırılması və enerjinin qorunması üçün istifadə edilə biləcək ən faydalı qidalardan biridir.
B Vitamini
Əzələlərin və ürəyin normal funksiyasını davam etdirməsi üçün lazımlı olan B1 və B2 vitaminləri, sinir və həzm sistemləri tərəfindən istifadə oluna B3 vitamini, normal böyümə və inkişaf üçün faydalı olan B5 və B12 vitaminləri, immun sistemi üçün əhəmiyyətli olan B6 vitamini, hormon istehsalında və hüceyrələrin DNT-sinin əmələ gəlməsində istifadə olunan B7 vitamini, demək olar ki, bütün B vitaminləri yumurtada vardır. B kompleksi vitaminlərinin az miqdarda qəbulu böyrək xəstəlikləri, tip 2 diabet, katarakt, ürək xəstəlikləri, döş, bağırsaq və mədəaltı vəzi xərçəngi kimi çox ciddi xəstəliklərə tutulmaq riskini artırır. Yumurtanı, xüsusilə B7 və B12 vitaminləri üçün yeməlisiniz.
Kolin
Yumurtanın tərkbində beyin hüceyrələrini inkişaf etdirib yaddaşın güclənməsini təmin edən kolin maddəsi mövcuddur. Yumurta orqanizmin normal fuksiyalarını yerinə yetirməsi üçün olduqca əhəmiyyətli bir komponent olan “kolin” baxımından zəngin qidalardan ən faydalısıdır. Yetkin kişilər üçün gündəlik 550 mq, qadınlar üçün isə 450 mq kolin qəbul edilməsi tövsiyə edilir. Hüceyrə strukturunun, sinir hüceyrələri arasında əlaqənin qorunması, yağların qan yolu ilə qaraciyərə daşınması kimi əhəmiyyətli funksiyaları olan kolin maddəsinin əskikliyi damar tıxanıqlığı, qaraciyər xəstəlikləri və nevroloji xəstəliklərin yaranması riskini artırır. 1 ədəd böyük yumurtada təxminən 80-100 mq kolin vardır.
Selenium
Selenium mineralı lazım olan miqdarda qəbul edilmədiyində hipotroid, halsızlıq, zehni zəiflik kimi problemlər yarana bilər. Ümumdünya səhiyyə təşkilatı (WHO) gündəlik selenium qəbulunu 70 mikroqram olaraq tövsiyə edir. 1 orta böyüklükdə yumurtanın tərkibində təxminən 14 mikroqram selenium olduğunu nəzərə alsaq, 1 ədəd yumurta yeməklə gündəlik selenium ehtiyacının 20%-ni qarşılamış olacağınızı deyə bilərik.
D Vitamini
Uzun müddət D vitamini çatışmazlığı uşaqlarda astma, yetkinlərdə arıqlama, xərçəng, ürək və damar xəstəlikləri kimi problemlərin yaranma riskini artıra bilər. D vitamini qəbulu üçün ən yaxşı mənbə günəş şüalarıdır. Lakin əgər çox günəş qəbul etmək imkanınız yoxdursa, D vitaminini qidalar vasitəsilə qəbul etmək istəyirsinizsə, bu işdə yumurta ən yaxşı seçim olacaqdır. Yumurta gündəlik D vitamini ehtiyacının 4 %-ni qarşılayır.
Omeqa 3
Ürək xəstəlikləri, xərçəng, artrit kimi xroniki xəstəliklərə tutulma riskini azaldan omeqa 3 yağ turşuları ümumi sağlamlığımızı qorumaq üçün böyük əhəmiyətə malikdir, ancaq bədənimiz tərəfindən istehsal edilmir. Omeqa 3-ün çatışmazlığı halsızlıq, yaddaş zəifliyi, dəri quruluğu, ürək xəstəlikləri və qan dövranının zəifləməsi kimi problemlərə səbəb olur. Yumurtanın tərkibində yüksək miqdarda omeqa 3 vardır. 1 orta böyüklükdə olan yumurtada 32.6 mq omeqa 3 vardır.
Yuxarıda sadaladığımız bütün bu xəstəliklərə tutulmamaq, problemlərlə üzləşməmək üçün hər gün lazım olan miqdarda yumurta yeməyinizi tövsiyə edirik.