“Yuxusuzluğa qarşı 5 qida

Yuxusuzluğa qarşı 5 qida

Gərgin iş rejimi və stress bir çox insanda yuxusuzluq probleminin yaranmasına səbəb olur. Bunun ən asan və sadə üsulu isə mətbəxdədir. Bu qidaları yeməklə rahat və tez bir zamanda yuxuya gedə bilər və bununla da yuxusuzluq problemindən azad ola bilərsiniz. Bu 5 möcüzəvi qidanın hansılar olduğuna birlikdə nəzər salaq.

1. Mozzarella pendiri

Bu pendirin tərkibində hinduşka ətində olandan iki qat artıq miqdarda “triptofan” maddəsi vardır. Bu maddə insanı rahatladır, bədənin serotoni hormonu hasil etməsinə kömək edir. Beləliklə, bu pendirdən müəyyən miqdarda istifadə edərək rahat və sağlam bir yuxuya sahib ola bilərsiniz.

2. Somon

Omeqa 3 turşuları ilə zəngin olan somon balığı uzun və dərin bir yuxu üçün təsirli qidalardan biridir.

3. Badam

Rahat və uzun bir yuxu üçün maqnezium qəbulu çox faydalıdır. Gündəlik maqnezium ehtiyacının təxminən 20%-ni isə badam ilə qarşılaya bilərsiniz. Bir ovuc badam yediyiniz zaman başınızı yastığa qoyan kimi yuxuya getməyiniz mümkündür.

4. Yulaf əzməsi

Yuxunu təşviq edən qidalar arasında yulaf əzməsi də vardır. Bir az yulaf əzməsi və süd gecə rahat və dərin bir yuxuya getməyinizə şərait yaradacaqdır.

5. Banan

Nişastalı meyvələr sinfində olmasına baxmayaraq potasium, maqnezium və triptofan baxımından zəngindir. Yəni, bananı təkcə və ya südlü yulafınıza əlavə edərək yeməklə gecə rahat şəkildə yatmağınızı təmin edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!