Sellülit müalicəsində tətbiq edilən dietin məqsədi sellülitin yaranmasını və inkişaf etməsinin qarşısını almaqdır. Diet yağları əridən və zərərli toksinlərin bədəndən atılmasını təmin edən xüsusi qidalanma programını ələ alır. Asanlıqla tapa biləcəyiniz qidalar ilə bu dieti tətbiq edə bilərsiniz.
• Su: Su içmək, qan axışını qaydasına salır və bədəndə ödəm əmələ gəlməsinin qarşısını alır.
• Qırmızı bibər, kivi və portağal: Tərkibindəki bol miqdardakı C vitamini kolajen təbəqə əmələ gəlməsini təmin edir. Dəri altındakı bağları qüvvətləndirir. Kələm, cəfəri və bu kimi yaşıl yarpaqlı bitkilər C vitamini ilə zəngindir.
• Soğan və sarımsaq: Qan təzyiqini və axışını rahatlaşdırır.
• Ananas: Bromelan adlanan həzm maddəsinə sahibdir. Bu maddə hüceyrələrin ətrafındakı zədələnmiş kolajen təbəqəni parçalayır və yağların həmin təbəqə ətrafında yığılmasının qarşısını alır.
• Balıq: Tərkibindəki Omega 3 yağ turşuları qan damarlarını genişlədərək qan axışını rahatlaşdırır.
• Zəncəfil: Qanda plak əmələ gəlməsinin qarşısını alır və qan axışını rahatlaşdırır.
Əgər sellülit istəmirsinizsə, bunları həyatınızdan uzaq tutun!
• Duz: Suyun bədəndə tutulmasına səbəb olur və zərərli maddələrin uzaqlaşdırılmasının qarşısını alır.
• Alkoqol: Bədəndə yağ depolayır və su itkisinə səbəb olur.
• Şəkər: Dərini sıxlaşdıran kolajen təbəqəni dağıdaraq dərinin sallanmasına səbəb olur.
Kiçik dəyişikliklərlə daha sağlam və mükəmməl bədənə sahib olun!
• Şəkər və şəkərli içkiləri azaldın
• Bol miqdarda su için
• Karbonhidratların yerinə taxıl məmulatları, tərəvəz, paxlalı təbii karbonhidratlı yeməklərə üstünlük verin.
• Mümkün olduğu qədər az duz qəbul edin
• Yağlı, ağır soslu yeməklərdən uzaq durun
• Siqaret çəkirsinizsə, tərgidin, alkoqoldan uzaq durun
• Hər gün mütləq tərkibində C vitamini olan qidalar qəbul edin
• Kofeindən uzaq durun
• Tez-tez və az-az qidalanın.