“Bazar günü detoksu

Bazar günü detoksu

Orqanizminizdəki toksinlərdən azad olmaqla yanaşı dinclik və rahatlığa da qovuşacağınız bu gün, sizi daha gözəl bir bazar ertəsinə və həftəyə hazırlayacaq. 

Oyandıqdan sonra: Günə tərkibində bol miqdarda C vitamini olan limon suyu ilə ilıq suyu qarışdırıb, içərək başlayın. Beləliklə həzm sisteminizə xəbərdarlıq etmiş olacaqsınız. Gün ərzində də bol miqdarda su içməyə davam edin.
 
Səhər yeməyindən əvvəl: Detoks edilən zaman çox ağır məşq etmək tövsiyə olunmur, amma orqanizmin qan dövranını qorumaq vacibdir. Əgər bir az halsızlıq hiss edirsinizsə, orqanizmi oyandırmağın ən yaxşı yolu olan yoga'nı seçin. Hətta 3 dəqiqəlik yoga ilə həftənin bütün stressini üstünüzdən ata bilərsiniz.
 
Səhər yeməyi: Bu gün detoks günü olduğu üçün yumurta və ya çörək yerinə, yulaf və meyvəli yoqurta üstünlük verə bilərsiniz. Yanında da sadə və ən ləzzətli detoks içkilərindən olan nar və ya şaftalı suyu tez bir zamanda hazırlayıb, içə biləcəyiniz içkilərdir. 
 
Çay fasiləsi: Kofe yerinə yaşıl çay içməyiniz sizə çox daha yaxşı təsir göstərəcək. Antioksidan baxımından zəngin olan yaşıl çay, maddələr mübadiləsini də sürətləndirdiyi üçün detoks müddətindəki ən vacib içkilərdəndir. Nahar yeməyindən əvvəl biraz aclıq hiss etsəniz, alma və ya probiotiklə zəngin yoqurt orqanizminizi təmizləməyə kömək ola bilər.
 
Naharda: Yüngül bir nahar yeməyi yeyərək enerjinizi yerində saxlaya bilərsiniz. Lif baxımından zəngin olan kələm salatı və ya yağsız olmaq şərti ilə bir kasa şorba içə bilərsiniz. Nahardan sonra da 20 dəqiqə yeriməyi unutmayın. İmkan varsa, dəniz kənarı və ya ağacların olduğu bir yerdə təmiz havanı ciyərlərinizə çəkərək yeriyin.
 
Naharla şam yeməyi arasında: Yaşıl alma suyu, sizə şam yeməyinə qədər özünüzü yaxşı hiss etdirməklə yanaşı, həm də  bu doyurucu içki enerjinizi artıraraq orqanizminizə yaxşı təsir göstərəcək.
 
Şam yeməyi: Zülal və tərəvəzin üstünlük təşkil etdiyi bir yemək 1 günlük detoksunuzun son payı olacaq. Bundan başqa, şam yeməyi olduğu üçün çox yeməməyiniz tövsiyə olunur. 
 
Yuxu: Detoks etməyin ən yaxşı üsullarından biri kifayət qədər və keyfiyyətli yuxu yatdığınızdan əmin olmaqdır. Yuxu arıqlamaq, stress səviyyələri və ümumi sağlamlıq ilə birbaşa əlaqəlidir. Bu gecə texnologiyadan uzaqlaşaraq rahatlamağınıza kömək edəcək bir duş qəbul edin və özünüzə yaxşı bir gecə yuxusu üçün kifayət qədər vaxt ayırın.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!