“Qışda kilo almamaq üçün bunları edin!

Qışda kilo almamaq üçün bunları edin!

Qış aylarında havanın soyuması səbəbi ilə hərəkətlərimizin passivləşməsi kilo almağımıza səbəb olur. Qalın paltarlar geyindiyimiz və üşüdüyümüz üçün kilo aldığımızdan xəbərimiz olmur və kilo almaq özümüzdən asılı olmayan hala gəlib çıxır. Bu səbəblə də qışda çəkini sabit saxlamaq və sağlıqlı qalmaq üçün sizə Türkiyənin diyetoloqlarından biri olan Özge Öçalın tövsiyələrini yazmaq qərarına gəldik. 

Kilonuza görə 30 ml su içməyə çalışın!

Hava soyuduqca tərləmə faizimiz aşağı düşür. Bədənimizin itirdiyi su miqdarının azalması susama refleksimizi yavaşladır. Lakin hüceyrələrimizin çalışması üçün yetərli miqdarda su içməyimiz lazımdır. Çünki su həm bədənimizin çalışması, həm də toksinlərdən azad olmağımız üçün vacib amillərdən biridir. Bu səbəblə də hesablamalara görə 1 kiloqrama 30 ml su düşür. Məsələn, 70 kiloqram kütləyə maliksinizsə, 70x30=2100 ml su içməlisiniz. 

Düzgün yuxu rejiminə ehtiyacınz var!

Bədənin hormonal tarazlığının və iştah regilasiyasının yaranması üçün yuxu ən önəmli təsirlərdən biridir. Xüsusilə yuxudaykən ifraz etdiyimiz leptin hormonu gün içində toxluq hissimizə təsir edərək ehtiyacımız olmayan enerjinin qarşısını alır. Yuxu ehtiyacı yaşa və şəxsi xüsusiyyətlərə görə dəyişsə də, gündə 7-8 saat yatmaq lazımdır. 

Probiyotik qəbul edin. 

“Sağlam bağırsaq, sağlam insan” deməkdir. Bunu unutmayın. Qatıq və kefir tərkibindəki faydalı bakteriyalar sayəsində həzm sistemimizin daha qaydalı işləməsinə dəstək olur. Xüsusilə zərərli bakteriyaların faydalı bakteriyalara görə daha çox olduğu bağırsaq florasında obezlik və tip 2 diabet riski artır. Bu səbəblə gündə 2 stəkan qatıq və ya kefir yeməyə çalışın! 

Gündə bir fincan yaşıl çay için!

Xüsusilə yeməkdən sonra içdiyiniz yaşıl çay karbonhidratın bədənə sorulmasını yavaşladaraq qan şəkərinizin yüksəlməsinin qarşısını alaraq, insulin səviyyənizin də sürətli şəkildə artmasına əngəl olacaqdır. Yaşıl çay, tərkibindəki antioksidantlar sayəsində bədəndəki oksidatif stress əmələ gəlməsini azaldaraq kilo verməyə dəstək olur. Əgər təzyiq probleminiz yoxdursa, gündə 2 fincan yaşıl çay içməyə çalışın. 

Günorta protein, axşam isə tərəvəz tükədin!

Unutmayın; asan bişən asan həzm olur. Xüsusilə məqsədiniz çəki itirməkdirsə, qırmızı ət, toyuq, balıq kimi heyvani protein qaynaqlarını günorta yeməyə çalışın. Çünki proteinlərin həzm olması karbonhidratlara görə uzun çəkir. Axşam saatlarında isə sıxlıqla tərəvəz yeməyə çalışsanız həzm sisteminiz rahatlaşacaq və növbəti günə istirahət etmiş olaraq oyanmağınıza kömək edəcəkdir. 

Duzdan istifadə etməmək üçün digər ədviyyatlardan istifadə edin. 

Bəzi qidalar tərkibindəki molekullar sayəsində metobolizmamızın sürətlənməsinə dəstək olurlar. Xüsusilə qırmızı bibər, tərkibindəki kapseisin sayəsində yağların əriməsinə kömək olur. Təzə öyüdülmüş qara bibər yağ hüceyrələrinin böyüməsini yavaşladır. Əgər hər hansısa bir mədə probleminiz yoxdursa, yeməklərinizi duz ilə deyil, qara bibər, qırmızı bibər, zəncəfil və zərdəçal kimi ədviyyatlarla ləzzətləndirə bilərsiniz. 

Beləliklə natrium qəbulunu azaldaraq ödəm riskini azaltmış olacaqsınız. Yuxarıda qeyd etdiyimiz ədviyyatların antioksidant xüsusiyyətinin də faydası çoxdur. 

İdman etməyi təxirə salmayın!

Bədəni çalışdıran və metobolizmanı sürətləndirən əsas təsir, əzələlərin işlək vəziyyətdə olmasıdır. Əzələlər, bədəndəki enerji istifadəsini artıraraq kilo almağımızın önünə keçir. Əgər hipotiroid kimi hormonal bir probleminiz yoxdursa, əzələlərinizi artıraraq bazal metobolizmanın sürətini artıra bilərsiniz. Bu səbəblə əzələlərinizi çalışdırmaq üçün idman etməyə diqqət göstərməlisiniz.
Enerjinizin azalmağına səbəb olan 5 qida!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!