“Hamiləlikdən sonra sağlam arıqlama yolları

Hamiləlikdən sonra sağlam arıqlama yolları

Hər bir qadın gözəl və zərif görünmək istəyir. Hamiləlik zamanı analar dünyaya uşaq gətirmə həyəcanı ilə yanaşı artan çəkiləri haqda da narahatçılıq keçirirlər. Qeyd edək ki, doğumdan sonra istifadə olunan yanlış dietlər analarda əzələ zəifliyinə, müxtəlif xəstəliklərə və hətta ana südünün kəsilməsinə də yol aça bilər. Hamiləlikdən sonra aldığınız artıq çəkilərdən azad olmanın zamanı gəldi, lakin bunu necə edəcəyinizi bilmirsinizsə, “Leydi.az” sizə asan və sağlam arıqlama yollarını təqdim edir.

Artıq çəkilərinizin miqdarını hesablayın
Dietada olarkən qısa zamanda uğur qazanmaq üçün özünüzə bir hədəf qoyun. Hamiləlikdən öncə neçə kiloqram idiniz, indi neçə kiloqram olmağı hədəfləyirsiniz? İdeal çəki hesablamasına görə çəkiniz boyunuzdan 110 say aşağı olmalıdır, yəni əgər boyunuz 160 sm olarsa, çəkiniz 50 kg olmalıdır.

Artıq çəkinizi zaman hissələrinə ayırın
Göstərdiyimiz formula əsasən artıq çəkinizi hesabladınızsa, indi hədəfinizi hissələrə ayırın, yəni 20 kg arıqlamalısınızsa, bunu bir anda etməyə çalışmayın. Ən yaxşısı ayda 4 kg arıqlamaq hədəfi qoyun qarşınıza və bu o deməkdir ki, həftəyə 1 kg azalma ilə 5 ay sonra ideal çəkinizdə olacaqsınız.

Sağlam qidalanmaya üstünlük verin
Məqsədiniz gözəl görünmək və sağlam həyat yaşamaqdırsa, qidalanmanıza da diqqətli yanaşmalısınız. Hər gün səhər yeməyi yeməli, nahar yeməyində sağlam qidalanmalı, axşam yeməklərində isə yüngül və yağsız yeməkləri üstün tutmalısınız. Bu rejimə keçdikdə artıq çəkilərinizdən də asanlıqla xilas olacaqsınız.
 

Şorba və tərəvəz yeməklərindən faydalanın
Süd verən analar tez-tez acırlar. Bu səbəbdən şirniyyat yemək istəyi yaranır. Lakin bu, sizi hədəfinizdən yayındırmasın. Mərci şorbası, toyuq suyunda bişirilmiş şorba kimi kökəltməyən şorbaları gündəlik menyunuza əlavə edin. Tərəvəzdən hazırlanmış və yağsız olan hər bir yeməyi rahatlıqla yeyə bilərsiniz.

Süd məhsullarından istifadə edin
Pendir, qatıq, süd, kefir, ayran kimi süd məhsulları toxluq hissi yaradır və eyni zamanda bədəni kalsiumla təmin edərək güclü immun sistemi yaradır. Aclıq hiss edəndə bir stəkan ayran için və ya kiçik kasada qatıq yeyin. Səhər yeməklərində mütləq pendir, ara yeməklərdə isə kefir və ya süd istifadə edin. Bütün bu kiçik addımlar sizi rahatlıqla hədəfinizə doğru aparacaq.
 

Hər gün 15 stəkan su için
Hamiləlik zamanında içdiyiniz su bədəninizə şişkinlik verdiyi halda, doğumdan sonra bol su içməyiniz sizə arıqlamaqda çox kömək edəcək. Su metobolizmanı sürətləndirir və kalori yandırır. Suyu saf halda içə bilmirsinizsə, evinizdə detoks suları hazırlaya bilərsiniz: 1L suya 1 ədəd limon və ya xiyar doğrayıb, üzərinə təzə nanə yarpaqları səpdikdən sonra 8 saat soyuducuda saxlayın və 1 gün ərzində için.

Balıq və toyuq yeyin
Balıq və toyuq sağlam protein qaynaqlarıdır. Buna görə siz uzun müddət toxluq hiss edəcəksiniz və eyni zamanda bədəninizdəki yağlar getdikcə azalacaq. Broyler toyuqlarından uzaq durun və çalışın yalnız təbii qidalardan istifadə edəsiniz. Ət əvəzinə mərcimək, bulqur, quru paxladan da protein qazana bilərsiniz. Axşam yeməklərinizdə bulqur plovu, ayran və zeytun yağında bişirilmiş ispanaqla özünüzə sağlam və tutumlu menyu tərtib edə bilərsiniz.

Arıqlamaq üçün hərəkət edin
İdman zalına gedə bilmirsinizsə, bu, sizi ruhdan salmasın. Körpənizlə hər gün 1 saat gəzintiyə çıxmaq həm sizə, həm də körpənizə çox xeyirli olacaq. Əlavə olaraq gündəlik ev işləri, evdə idmanla məşğul olmaqla və ya rəqs etməklə də ideal bədənə sahib ola bilərsiniz. Gündəlik 1 saat ev işi görmək sizə 300 kalori yandırmaqda kömək edəcək.

Süd verən analar üçün günlük menyu:
1. Səhər oyananda gecədən hazırladığınız qoz suyunu için
2. Səhər yeməyində pomidor, xiyar, yumurta və pendir yeyin
3. Hər saat üçün 1 stəkan su için
4. Səhər yeməyindən bir neçə saat sonra darçınlı süd için, bir ovuc qədər kişmiş və qoz yeyin
5. Nahar yeməyində tərəvəz, ət yeməkləri yeyin
6. Nahardan sonra yaşıl çay için
7. Axşam yeməyində balıq, tərəvəz, salat yeməklərini istifadə edin
8. Axşam yeməyindən sonra çobanyastığı bitkisindən çay dəmləyib için
9. Yatmazdan 3-4 saat əvvəl darçınlı süd için
10. Hər gün 30-40 dəqiqə idman yönümlü hərəkətlər edin


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!