“Ramazanda kilo atmağın yolları

Ramazanda kilo atmağın yolları

Ramazan ayında ən çox soruşulan suallardan biri də budur; Ramazanda arıqlamaq mümkündürmü? Bu sualın cavabı əslində çox sadədir. Bu periodu da ilin digər zamanları kimi düşünə bilərsiniz. Yəni, almalı olduğunuzdan daha az kalori alsanız çəki itirər, daha çox alsanız çəki qazanarsınız.

Bu aydaki tək fərq qidalanma rejimi və yemək sayı olur. Normal vaxtda gün içində aldığınız enerji və yemək miqdarını, ramazanda imsak və iftar şəklində planlamalısınız.

Əgər Ramazan ayını eyni zamanda kilo atmaq üçün bir fürsət olaraq dəyərləndirmək istəyirsinizsə diqqətli olmağınızda fayda var. Almalı olduğunuzdan daha az enerji alsanız uzunmüddətli periodda metabolizmanız yavaşlayar və ilk günlərdə çox kilo verirmiş kimi görünsəniz də sonralar verdiyiniz çəkini artıqlamasıyla alarsınız.

Buna görə də, Ramazanda arıqlamaq üçün aşağdakıları etməlisiniz.

- Gün içində yeməli olduğunuz qidaları iftar, imsak və atışdırmalıq kimi planlaya bilərsiniz.

- Gün içində onsuz da acmıram, imsaka durmağa ehtiyac yoxdur düşüncəsi metabolizmanızın yavaşlamasına və sonra kilo almağınıza səbəb ola bilər. Ona görə də, ac hiss etməsəniz belə imsakda bir şeylər yeməkdən yan keçməyin.

- Bütün günü ac qalırsınız, sizi çox yaxşı anlayırıq amma iftarı bir bayrama çevirib hər önünüzdə olanı yesəniz arıqlamaq planınız suya düşər. İftarda mədənizi doldurub bütüm gün yeməli olduqlarınızı tək bir oturuşda yemək əvəzinə əvvəlcə ilıq şorba için və bir az gözləyin.

- Çörək, şorba, bulqur, makaron, kartof və xəmir işi olan yüksək karbohidratlı qidaları iftar və imsak arası balanslı yeməyə istifadə etməyə çalışın.

- Gün içində halsızlıq, yorğunluq, baş ağrısı kimi problemlər yaşamamaq üçün iftar və imsak arasında maye ehtiyacınızı qarşılayın və bol su için.

- Şirniyyat seçiminizi ağır şərbətli şirniyyatlar yerinə, meyvəli, südlü şirniyyat və ya dondurmadan yana edin. İftardan sonra yemək əvəzinə 1-2 saat ara verməyə çalışın.

- İftardan sonra imkanınız varsa yüngül yürüyüş etməyə çalışın, çünki, bu, həm həzmə, həm də kilo atmağa kömək edir.

- Pendir, zeytun, xurma kimi yeməklərdə porsiyaya diqqət edin. Onların tərkibində yağlılıq yüksəkdir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!