“Bu qidalarda nə qədər kalori olduğunu bilirdinizmi?

Bu qidalarda nə qədər kalori olduğunu bilirdinizmi?

Özünüzü saxlamağınıza baxmayaraq sonunda məğlub düşürsünüz və kiçik bir hamburgerə yox deyə bilmirsiniz? Bəs onu yedikdən sonra aldığınız kalori miqdarını bilmək istəyirsiniz? Tam 280 kalori. Yaxşı, bəs indi nə olacaq? Yedikləriniz üçün peşmanlıq duyğunuz keçdisə, bu vəziyyətdən xilas olmaq üçün tam 1 saat 11 dəqiqə bağla məşğul ola, sevdiyiniz çiçəkləri əkə, bəlkə orqanik tərəvəz və meyvə belə yetişdirə bilərsiniz. Kartof sevənlərdənsinizsə və "sadə Kumpir nə qədər kalori olacaq?" deyirsinizsə, 350 kalori aldınız deməkdir. Lakin kədərlənməyin. Aldığınız kalorini oturaraq yandırmaq yerinə, 60 dəqiqə, yəni 1 saat ərzində üzərək həm artıq çəkidən, həm də vicdan əzabınızdan xilas ola bilərsiniz.

Ağ ət xüsusilə pəhriz zamanı ən çox üstünlük verilənlərdən olsa da, souslu toyuq üçün eyni şeyi demək çox mümkün olmur. Xüsusilə qızardılmış toyuq qanadlarının kalorisi 700-ə qədər çıxa bilir. Əgər yemək zamanı souslu toyuq yemisinizsə, 3 saat 41 dəqiqə ərzində itinizi gəzdirə bilərsiniz. Yaxşı bəs şərabla yeyilən pizza? Belə bir şeyə siz də "yox" deyə bilmirsinizsə, bir qədəh ağ şərabdan 160 kalori, orta boy bir pizzadan isə təxminən 970 kalori alacaqsınız deməkdir. Bu yediklərinizi isə 2 saat 49 dəqiqə üzərək və 42 dəqiqə bağ işləri görərək zərərsizləşdirə bilərsiniz. Beləcə bir az da olsa, aldığınız kaloriləri yandıra bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!