Alma sirkəsinin sağlamlığımıza möcüzəvi faydaları elmi araşdırmalarla da dəstəklənir. Bunlardan ən çox bilinəni arıqlamağa kömək olmasıdır. Tərkibindəki adektik turşusu maddələr mübadiləsinin sürətini artıraraq yağ yandırmaq üçün də faydalı ola bilir.
Alma sirkəsi toxluq müddətini artırır!
Səhərlər ac qarnına, yeməkdən əvvəl içilən alma sirkəsi həm arıqlamağınıza kömək olacaq, həm də uzun müddət toxluq hissi yaradaraq artıq kalori qəbul etməyinizin qarşısını alacaq.
Aparılan araşdırmalara görə yeməkdən əvvəl və ya yemək zamanı istifadə edilən alma sirkəsinin toxluq hissini artırdığı bilinir. Alma sirkəsinin iştaha üzərindəki nizamlayıcı xüsusiyyəti sayəsində gündəlik ideal kalori qəbul etməyinizə sadiq qalmağınız daha da asanlaşacaq.
Alma sirkəsi qandakı şəkər tarazlığını qoruyur!
Alma sirkəsinin arıqlamağa digər təsiri isə qandakı şəkəri nizamlamasıdır. Yemək yedikdən sonra artan qan şəkəri bir müddət sonra sürətlə düşməyə başlayır. Qandakı şəkər səviyyəsi aşağı düşdükcə yeməkdən sonra yaranan "ağırlıq" hissindən qurtulmaq üçün əsasən maddələr mübadiləsindən gələn xəbərdarlıqlara bağlı olaraq şirniyyat yemək istəyi yaranır.
Alma sirkəsi qandakı şəkərin birdən-birə yüksəlib, aşağı düşməsinin qarşısını aldığı üçün şirniyyat yemək istəyinizi də sovuşdurmağınızı təmin edəcək.
Alma sirkəsinin və ya arıqlamağa kömək edən digər üsulların arıqlamağa təsiri hər insanda fərqlidir. Bu səbəbdən dəqiq olaraq "1 ayda 5 kq arıqladır" kimi ifadələr istifadə etmək doğru olmaz.
Alma sirkəsi necə istifadə edilir?
Alma sirkəsini qarışıq şəklində istifadə edə biləcəyiniz kimi, şorbalarınıza da əlavə edə bilərsiniz. Ən çox bilinən istifadəsi isə aşağıdakı kimidir:
Vasitələr:
- 1 stəkan su (otaq temperaturunda)
- 1 çay qaşığı alma sirkəsi
- 1 çay qaşığı bal
Hazırlanması və istifadəsi:
1. Bütün vəsaitləri yaxşıca qarışdırın.
2. Səhər yeməyindən əvvəl için.
Alma sirkəsinin zərəri varmı?
Möcüzəvi bir qida olan alma sirkəsini istifadə etdiyiniz zaman diqqət etməli olduğunuz məqamlar var.
Əgər mədənizdə narahatlıq varsa, istifadə etməməyiniz daha doğru olar.
Alma sirkəsi həqiqətən arıqladırmı?
Hamımız tez bir zamanda artıq çəkilərimizdən azad olmaq istəyirik və asan arıqlama üsulları axtarırıq. Əlbəttə ki, alma sirkəsi nizamlı qidalanma və idmanla birlikdə istifadə edildiyi zaman arıqlamğınıza kömək edəcək. Amma, yalnız alma sirkəsi içərək çəki itirməyi gözləmək sizi məyus edəcək.
Alma sirkəsini qida rasionunuza daxil edin və heç vaxtınız yoxdursa belə, gün ərzində 30 dəqiqə yerisəniz və ya idmanla məşğul olsanız, bədəninizdəki dəyişiklikləri öz gözlərinizlə görəcək və xoşbəxt olacaqsınız!