“Səhərlər qaçmağın faydaları

Səhərlər qaçmağın faydaları

Səhərlər qaçışla məşğul olmağın həm psixoloji olaraq, həm də bədən sağlamlığı baxımından çox faydalı təsirləri var. Xüsusən səhərlər edilən qaçışın sağlamlıq üçün faydası böyükdür. Hər gün davamlı olaraq, sadəcə 5 dəqiqə qaçmağın ömrünüzü 3 il uzadacağını bilirdinizmi? Səhərlər qaçmaq bədəninizə olduqca müsbət təsir göstərəcəkdir.

Qan təzyiqini tənzimləyir.

Hər səhər qaçmaq qan təzyiqini nizamlayır, yüksək təzyiqi salır. Hər nə qədər qaçmaq qan təzyiqini ani olaraq artıran bir hərəkət kimi görünsə də, uzun müddət ərzində həm kişilər, həm də qadınlarda təzyiq, diabet və xolesterolu nizama salır. Gəlin bu gün gəzinti zamanı dinləyə biləcəyiniz mahnılar seçib, qulaqlıqlarınızı taxıb başlayın, sağlam həyata ilk addımınızı atın.

Ürək xəstəlikləri riskini azaldır.

Hesablamalara görə hər səhər qaçışla məşğul olmaq ürək xəstəlikləri riskini yüzdə əlli nisbətində azaldır. Sadəcə həftədə iki gün, ən azından 10 dəqiqə yüngül tempdə qaçmaq belə sizi ürək xəstəliklərinə qarşı qoruyacaq.

Zehni gücləndirir.

Hər bir məşq ürəyinizin daha çox işləməsi nəticəsində oksigenlə zənginləşmiş qanın bədəninizdə dövr etməsinə şərait yaradır. Bu oksigen də beyninizdən keçərək zehninizin işinə köməklik göstərmiş olur. Davamlı şəkildə qaçmaq zehninizin güclənməsi ilə birlikdə ruhunuzu da dincəldir, zehninizi boşaldaraq psixologiyanıza müsbət təsir göstərir. Həmçinin hər gün qaçmaq Alzheimer xəstəliyinin yaranması riskinin də qarşısını alır.

Özünüzü daha yaxşı hiss edəcəksiniz.

Əgər pis bir dövr keçirirsinizsə, heç nə qaydasında deyilsə, hər səhər davamlı olaraq qaçışla məşğul olmaq sizə özünüzü daha xoşbəxt hiss etdirəcəkdir. Hər səhər qaçan insanların növbəti səhəri həvəslə gözlədiyini siz də müşahidə edə bilərsiniz.

Daha yaxşı yatacaqsınız.

Hər səhər qaçmaq yuxu sisteminizi qaydaya salacaq və daha yaxşı yatmağınıza kömək edəcəkdir. Gün ərzində daha canlı və aktiv olmağınıza imkan yaradacaq. İdmanla məşğul olduğunuz zaman bədəniniz yuxuya keçməyiniz üçün bədən temperaturunuzun düşməsini daha rahat təmin edəcək, beləcə həm qısa müddətdə yuxuya gedə biləcək, həm də keyfiyyətli yuxu perioduna sahib olacaqsınız. Narahatlıq və depressiya yaşayan insanlarda səhərlər qaçmağın müsbət təsirlərinin olduğu da müşahidə edilmişdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!