“Portağalın bilinməyən faydaları

Portağalın bilinməyən faydaları

Portağal şokolad və vanildən sonra ən çox sevilən 3-cü ləzzətdir. Dadlı olması ilə yanaşı portağalın sağlamlığımız üçün də bir çox faydaları var. Bu faydalar aşağıdakılardır:

Xərçəng üçün

Portağal dəri, ağciyər, döş, mədə və bağırsaq daxil olmaqla bir çox xərçəng növlərindən mualicədə olduqca təsirli bir meyvədir.

Böyrəklər üçün

Davamlı şəkildə portağal yemək böyrək xəstəliklərinin qarşısını alır və böyrəkdə daş yaranması riskini azaldır.

Qaraciyər üçün

Yaponiyada aparılan tədqiqatlara görə naringi və portağal yemək qaraciyər xəstəliklərinə qarşı mübarizəni gücləndirir. Bu da tərkibində olan karotenoidlər və A vitamini sayəsində olur.

Xolesterola qarşı

Lifli bir meyvə olduğu üçün portağal xolesterolu aşağı salmağa kömək edir.

Ürək sağlamlığı üçün

Potasiumun az olması aritmiyaya səbəb olur. Portağal potasium baxımından zəngin olduğundan ürək funksiyalarının tənzimlənməsində böyük rol oynayır.

Xroniki xəstəliklər

Sərbəst radikalları neytrallaşdıraraq hüceyrələri qoruyan C vitamini ilə zəngin olan portağal xroniki xəstəliklər üçün olduqca faydalı bir meyvədir.

İnfeksiyon xəstəliklər üçün

Portağalın tərkibində bol miqdarda olan polifenollar infeksiyalara qarşı qorunmaqda təsirli rol oynayır.

Qəbizlik üçün

Portağal həzm sistemini yaxşılaşdıraraq qəbizliyi aradan qaldırmağa kömək edir.

Görməni yaxşılaşdırır

Tərkibində olan A vitamini və karotenoidlər sayəsində portağal göz sağlamlığını qoruyur və daha yaxşı görməyinizi təmin edir.

Təzyiqə qarşı

Portağal qan təzyiqini taraz saxlamaqda olduqca təsirlidir.

Dəri üçün

Güclü antioksidant olan portağal sərbəst radikallara qarşı dərini qoruyur, hüceyrələrin ziyan görməsinin və yaşlanmanın qarşısını alır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!