Arıqlamaq üçün olduqca faydalı olan smoothie-ləri müxtəlif ərzaqlardan, müxtəlif dadlarda hazırlaya bilərsiniz. Xüsusilə meyvəli olanlar çox ləzzətlidir. Bu da zövq alaraq arıqlamağınıza kömək edəcək.
Keçək ərzaqlara:
- 1 stəkan portağal şirəsi,
- 4 ədəd təzə nanə yarpağı,
- İki dilim ananas,
- Bir çay qaşığı toz halına gətirilmiş zəncəfil,
- 3 qaşıq yağsız qatıq,
- Bir stəkan badam südü,
- İki dilim zəncəfil.
Hazırlanması:
Yuxarıda qeyd olunan bütün ərzaqları blender vasitəsilə maye halına gətirin. Burada diqqət etməli olduğunuz şey hər şeyi tamamilə maye halına gətirməkdir. İstəyə görə su da əlavə edə bilərsiniz. Lazımi qatılığı əldə etdikdən sonra soyuducuda bir müddət saxlayın və için.
Hazırladığınız bu içkini idmandan əvvəl və ya aralıq qidalar zamanı rahatlıqla içə bilərsiniz. Bu tərz içkiləri doğru qidalanma, yuxu rejimi və su içməklə dəstəklədiyiniz halda, qısa müddət içərisində artıq çəkilərinizdən asanlıqla xilas ola biləcəksiniz.