1-ci gün: Yalnız qaynadılmış kartof yeyin. Səhər, günorta, axşam. İstədiyiniz qədər yeyə bilərsiniz. Kartofa ədviyyat xaricində heç bir şey əlavə edilmir.
2-ci gün: Yalnız tərəvəz. Ağılınıza gələ biləcək hər cür tərəvəzi yeyə bilərsiniz. Yağsız olmaq şərti ilə hər cür çiy salat, yenə yağsız qaynadılmış tərəvəz yeməkləri. Ədviyyatın xaricində heç bir şey əlavə edilmir.
3-ci gün: Bu gün ət günüdür. Yenə səhərdən başlayaraq qaynadılmış, qızartma, nə növ olursa olsun, yağsız ət. Yağsız tuna balığı, qızartma balıq, toyuq yeyə bilərsiniz. Günə nə ilə başlayırıqsa, onunla da davam edirik. Bunun xaricində heç bir şey əlavə edilmir.
4-cü gün: Meyvə günü. Yenə yeyə bildiyiniz qədər hər cür meyvəni (banan xaric) yeyin. Günə nə ilə başlayırıqsa, onunla da davam edirik.
5-ci gün: Yalnız yumurta. Ədviyyatın xaricində heç bir şey əlavə edilmir. Ya da yağsız süd və ya qatıq. Seçim sizindir. Günə nə ilə başlayırıqsa, onunla da davam edirik.
6 və 7-ci günlər bu pəhrizin bayramları yəni istirahət günləridir. İstədiyinizi, darıxdığınızı yeyə bilərsiniz. Amma ölçülü yemək lazımdır.
Həftənin əvvəlində yenə eyni sırayla dieti tətbiq etməyə başlaya bilərsiniz.
Şəkərsiz açıq çay, qəhvə, yaşıl çay içmək sərbəstdir.