Əgər pəhriz saxlayırsınızsa, bu məsləhətlər daha effektiv nəticə əldə etməkdə sizə kömək edəcək:
- Nahar vaxtı balaca şüşədə, soyuq olmayan və biraz qazı qaçmış qazlı su için.
- Gün ərzində 1.5 litrdən çox su için. İçərisinə darçın və 2-3 mixək dənəsi əlavə edə bilərsiniz.
- Aralarda 4 stəkan razyana və yaşıl çayın qarışığını için.
- Gün aralarında 2-3 dəfə 5-10 dəqiqə ərzində təzə mixək çeynəyin.
- Axşam yeməyini gec yeməyin.
- Yeməklərə çox duz əlavə etməyin.
- İçkilərinizə şəkər əlavə etməyin.
- Yediyiniz yeməklər və içdiyiniz içkilər soyuq olmasın.