Bədənimizdə ən çox və ən tez yağlanan hissə qarnımızdır. Arıqlamaq, daha incə və gözəl görünmək üçün ilk əvvəl qarnımızdan başlamalı, buradakı artıq yağlardan azad olmaq üçün tədbirlər görməliyik. Bunun üçün idman eləmək və yediyimizə, içdiyimizə fikir vermək çox vacibdir. Ancaq qarın yağlarını əridən qidalar sayəsində bu prosesi daha da sürətləndirmək və tez bir zamanda düz bir qarına sahib olmaq mümkündür. Biz bu yazımızda həmin qidaların hansılar olduğunu sizin üçün tapıb yazmışıq.
Yumurta
Aparılan araşdırmalar nəticəsində gün ərzində, xüsusilə də səhər yeməyində yumurta yeyənlərin qarın yağlarını daha tez əritdiyi görülmüşdür. Yumurtanın həm bəsləyici olması, həm də yağ əridilməsini sürətləndirici təsiri onun bu işdə ən ideal qida olmasını təmin edir.
Paxlalılar
Paxlalılar, xüsusilə də lobya qarın yağlarınızı əritməkdə sizə kömək edəcək qidalardandır. Bu qidaların yağ miqdarının az olması, protein tərkibli olmaları və bədənin enerji sərfiyyatını artırmaları sayəsində az yeyərək uzun müddət özünüzü tox hiss edə və beləliklə də qarnınızdakı artıq yağlardan xilas ola bilərsiniz.
Süd və süd məhsulları
Süd və süd məhsulları təəssüf ki, hələ də lazımi qədər istifadə edilmir. Halbuki, süd və süd məhsullarının doyurucu və bəsləyici xüsusiyyəti qarın yağlarından xilas olmağınıza kömək edəcəkdir. Ancaq bu zaman diqqət etməli olduğunuz nüans bu məhsulların az yağlı və ya yağsız olmasıdır. Xüsusilə qatığın qarın yağlarının və ümumiyyətlə bədəndəki yağların əridilməsində mühüm rolu olduğunu qeyd etməliyik.
Dəniz məhsulları
Dəniz məhsullarının tərkibində olan faydalı yağlar və yağ turşularının da sağlam qidalanma proqramına daxil edilməsi lazımdır. Xüsusilə balıqların formanızı qorumaqda və yağları əritməkdə ən təsirli ət məhsullarından olduğu deyilir. Həftədə bir və ya iki dəfə yeyəcəyiniz az yağlı dəniz məhsulları sayəsində qarnınızdakı yağlardan tez bir zamanda azad ola bilərsiniz.