“Toyqabağı artıq çəkilərdən xilas olmağın sirləri

Toyqabağı artıq çəkilərdən xilas olmağın sirləri

Günlərdir, aylardır, hətta bəlkə də illərdir səbrsizliklə gözlədiyiniz böyük gün yaxınlaşır. Toyqabağı artıq çəkilərdən xilas olmaq arzusundasınızsa, məqaləmizi sonadək oxuyun.

Səhər yeməyi yeyin!

Səhər yeməyi yeyərək günə başladığınız günlərdə daha enerjili və xoşbəxt olacaq, asanlıqla yorulmayacaqsınız. Davamlı olaraq səhər yeməyi yeməklə toy hazırlıqlarınızı daha rahat edə bilərsiniz. Həmçinin, səhər yeməyinin çəki atmaq üzərində bir sıra təsirlərinin olduğunu da nəzərə alın. Günə səhər yeməyi yemədən başlayan insanlarda yağ toplama riskinin daha çox olduğunu unutmayın. Çörək, orta yağlı pendir, yağsız yumurta, qoz, çiy tərəvəzlərdən ibarət səhər yeməyi gecə yatmış metabolizmi hərəkətə keçirərək, sizi gün ərzində yaxşı hiss etdirəcək.

Hərəkətsiz qalmayın!

Gedəcəyiniz yerlərə mümkün qədər maşınla deyil, gəzərək getməyə çalışın. Gün ərzində 45 dəqiqə, 1 saat gəzinti arıqlama üçün çox faydalıdır. Davamlı gəzinti çəkiyə nəzarətdə çox təsirlidir. Eyni zamanda xoşbəxtlik hormonunun da ifraz olunmasına kömək edəcək.

Su içməyi unutmayın!

“Mən çox çay içirəm, su ehtiyacımı qarşılayır” cümləsi bir çoxumuz tərəfindən tez-tez istifadə olunur. Bəs içilən çay və kofelər su ehtiyacını həqiqətən qarşılayırmı? Günlük maye ehtiyacı insandan insana dəyişir. Bədənin qidalarla alınan hər kalori üçün 1,5 ml mayeyə ehtiyacı var. Bu da yetkin insanlarda ortalama 2-3 litrdir. Gündəlik maye ehtiyacının ortalama 60-70%-nin su olması vacibdir. Məsələn 2,5 litr maye ehtiyacınız varsa, bu maye ehtiyacının ən azından 1,5 litrinin su olmasına diqqət edin. Yay aylarında maye itkiləri çox olduğundan su ehtiyacı da arta bilər. İçilən çaylar, kofelər bir kənara gündə 8-10 stəkan su içməyə çalışın. Yanınızda mütləq su gəzdirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!