“Qan azlığının qarşısını alan qidalar

Qan azlığının qarşısını alan qidalar

Anemiya, yəni qan azlığı halsızlıq, üşümək, ürək döyüntüsü, yorğunluq kimi hallarla müşahidə olunan bir problemdir. Qan azlığının qarşısını alan qidalardan istifadə etməklə bu problemi aradan qaldıra və ya azalda bilərsiniz. Bu qidaların hansılar olduğuna nəzər salaq.

B12 vitamini ilə zəngin qidalar

B12 vitamini çatışmazlığı qan azlığının ən əsas səbəblərindəndir. Buna görə də qan azlığı olan insanlar B12 vitamini ilə zəngin qidalardan istifadə etməlidirlər. Bu qidalara süd, yumurta, qaraciyər və balığı misal göstərmək olar.

Dəmir vitamini ilə zəngin qidalar

Qan azlığına yaxşı təsir edən bir digər üsul da dəmir vitamini baxımından zəngin olan qidalar yeməkdir. Dəmir ən çox ispanaq, kələm, quşqonmaz (mərəcüyüd) və brokolidə mövcuddur. Bu tərəvəzlərdə olan dəmirin daha yaxşı mənimsənilməsi üçün isə yanında hinduşka və toyuq əti də yeməlisiniz. Tərkibində bol miqdarda dəmir olan digər qidalar isə qurudulmuş meyvələrdir. Xüsusilə quru üzümü çox yeməyə üstünlük verməlisiniz.

Dəniz məhsulları

Dəniz məhsulları da qan azlığına çox yaxşı təsir edir. Belə ki, sardina, molyusk, kilkə balığı, istridye(dəniz ilbizi) kimi dəniz məhsullarından bol miqdarda yemək qan azlığının qarşısının alınması üçün olduqca faydalıdır.

Qan azlığının qarşısını almaq və onu minimum səviyyəyə endirmək üçün bu sadaladığımız qidalardan bol miqdarda istifadə etməyinizi tövsiyə edirik. Beləliklə qan azlığının yaratdığı bir çox problemdən azad olacaq, daha rahat və sağlam həyat yaşayacaqsınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!