“Yorğunluğu azaltmağın yolları

Yorğunluğu azaltmağın yolları

Yorğunluğun bir çox səbəbi ola bilər. Bunlar qan azlığı, infeksiyalar, qaraciyər, ürək və böyrək çatışmazlıqları, vitamin və mineral əksikliyi, hormonal problemlər və xərçəng kimi xəstəliklərdir. Bundan başqa, təkrarlayan və uzun müddət davam edən stress, yuxu problemləri, depressiya və başqa digər psixoloji problemlər də yorğunluğa səbəb olan amillərdəndir. Biz bu yazımızda yorğunluğu azaltmağın yollarını sizin diqqətinizə çatdırmışıq. Bunlar aşağıdakılardır:

Nizamlı qidalanmaq

Kifayət qədər və nizamlı qidalanmaq yorğunluğu azaltmağın ən əsas yollarındandır. Yeməklərinizdə diqqət edəcəyiniz bir neçə kiçik nüansla yorğunluğu aradan qaldıra, özünüzü gümrah hiss edə bilərsiniz.

Yumurta və qırmızı ət yemək

Yorğunluğun ən başlıca səbəbi dəmir çatışmazlığı nəticəsində yaranan qan azlığıdır. Qadınlarda daha çox rast gəlinən qan azlığının qarşısını almaq üçün müəyyən günlərdə dəmir tərkibi çox yüksək olan yumurta yeyilməlidir. Həftədə 2-3 dəfə qırmızı ət və onun yanında da dəmirin bədən tərəfindən istifadəsini artıran C vitamini ilə zəngin olan tərəvəz və meyvələrdən bol miqdarda yemək lazımdır. Çox tünd çay və qəhvə dəmirin sorulmasını azaltdığı üçün yeməkdən tez sonra içilməməlidir. Quru meyvələrin də dəmir tərkibi yüksəkdir. Ona görə yemək aralarında quru meyvələrdən yeyilməsi məsləhət görülür.

Yorğunluğu azaltmaq üçün bunları edin

1. Yeməklərinizi vaxtında yeyin.

2. Az və tez aralıqlarla yeyin.

3. Ağ taxıllar əvəzinə tam buğdalı, çovdarlı, yulaflı və kəpəkli rəfinə edilməmiş taxılları və qidalara üstünlük verin.

4. Gün ərzində 8-10 stəkan su içməyə diqqət göstərin.

5. İdman edirsiniz və ya çox kalori sərf edilən bir işlə məşğul olursunuzsa, bunlardan sonra mütləq qazlı mineral su və ya təzə sıxılmış meyvə suları için.

6. Yağlı qidalardan mümkün olduğu qədər uzaq durun.

7. Xüsusilə axşam yeməklərinizin tərəvəzlərdən olmasına diqqət göstərin.

8. Qızartmalardan uzaq durun, bunun əvəzinə sobada bişirilən, buğlama kimi və qaynadılmış yeməklər yeməyə üstünlük verin.

9. Özünüzü yorğun hiss etdiyiniz zaman banan, çiyələk və ya kivi yeyin. 

Bu asan və sadə üsulları tətbiq edərək yorğunluğunuzu azalda və daha gümrah və enerjili ola bilərsiniz. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!