“Arıqladan aralıq qidalar

Arıqladan aralıq qidalar

Gündə 4 saatdan çox ac qalmaq qan şəkərini aşağı saldığı üçün maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Buna görə çox tez-tez olmasa da, ara qidalar qəbul etməliyik. Sağlamlıq baxımından yeməli olduğumuz ara qidaları səhv seçməyimiz də əldə etmək istədiyimiz nəticənin əksinə daha çox kökəlməyimizə səbəb ola bilər. Sağlam və nizamlı bir aralıq qida insanın sağlamlığı və bədən ağırlığına görə 150-250 kalori aralığında olmalıdır. Protein tərkibli ara qidalar metabolizmi sürətləndirərək yağların yandırılmasına köməkçi olur.

Suda bişmiş yumurta və kəpəkli çörək cütlüyü

Yumurta həm sarısı, həm də ağı səbəbilə qiymətli bir qidadır. Sarısı tərkibindəki B vitaminləri ilə maddələr mübadiləsinin daha yaxşı işləməsinə kömək edir, ağı isə yüzdə yüz protein tərkibli olduğu üçün metabolizmi sürətləndirir. İki ədəd kəpəkli çörək dilimi ilə yeyəcəyiniz soyutma yumurta sadəcə 140 kaloridir. Nə qədər uzun müddət tox qalacağınıza özünüz də təəccüblənəcəksiniz.

Tuna balığı

80 qramlıq tuna balığının yağını süzün və üzərinə yarım limon sıxın. Qırmızı bibər və qara bibər əlavə edərək, qarışdırın. Tərkibindəki Omega 3-ün özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə köməkçi olacağı bilinir. Həmçinin Omega 3-ün arıqlamağı asanlaşdırdığı da elmi araşdırmalar ilə sübuta yetirildi. 200 kaloridən az olan bu aralıq qida ilə 10 qramdan daha çox keyfiyyətli protein qəbul etmiş olacaqsınız.

Pendirli avokado

Avokadonu ortadan 2yə bölün və toxumunu çıxarın. İçərisinə krem pendir doldurun. İstəsəniz, 5-10 dəqiqə sobaya qoyun, istəsəniz isitmədən yeyin. 200 kalorilik bu aralıq qidada 9 qram protein, 7 qram lif var. Avokado tərkibindəki faydalı yağlar ilə bədəndə yağ yandırılmasını dəstəkləməklə yanaşı, yanında yeyilən qidanın bədəndə istifadə müddətini də artırır.

Yaşıl çaylı milk-shake

1 stəkan badam südünə ½ stəkan soyuq su və 1 çay qaşığı yaşıl çay əlavə edin və yaxşıca qarışdırın. Yaşıl çay yüksək miqdarda antioksidanta malikdir. Badam südü də həm yüngül, həm də fərqli bir dad verəcəkdir. Kalorisi isə yenə 200 kaloridən azdır və gündəlik antioksidant ehtiyacınızın hamısını qarşılayır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!