“Arıqladan detoks suyunun hazırlanması

Arıqladan detoks suyunun hazırlanması

Detoks suyu hazırlayarkən limondan cəfəriyə, xiyardan alma sirkəsinə qədər bir çox ərzaqdan istifadə edə bilərsiniz. Bu ərzaqları sizə təqdim edirik:

  • Alma sirkəsi
  • Limon
  • Gilas
  • Darçın
  • Qərənfil
  • Təzə nanə
  • Xiyar
  • Ananas
  • Portağal
  • Greyfrut
  • Təzə zəncəfil
  • Əncir
  • Ərik
  • Şüyüd
  • Yaşıl çay
  • Naringi
  • Mineral su
  • Cəfəri
  • Çiyələk

Detoks suyu necə hazırlanır?
Detoks suyu hazırlamaq həqiqətən də çox asan ve ekonomikdir! Bir litr suyun içinə lazım olan ədvalar əlavə edilir, səhərə qədər saxlanılır və gün ərzində 1 stəkan olmaqla bir neçə dəfə içilir. İstədiyiniz çəkiyə gələnə qədər detoks suyunu hər gün içməlisiniz.
Bir neçe detoks suyu reseptini sizinlə paylaşırıq:

Darçınlı detoks suyu
Tərkibi:
1 litr otaq temperaturunda olan su
1 ovuc içi cəfəri
Yarım limon
1 ədəd çubuq darçın
Hazırlanması:
Detoks suyu gecədən hazırlanır. 1 litr suyu dolçaya töküb, içinə limon, darçın və cəfərini əlavə edib qarışdırın. Qapağını örtüb soyuducuda və ya otaqda sabaha qədər saxlayın.
Səhəri gün 1 litr detoks suyunu hər saat başı bir stəkan içib qurtarın.

Portağallı detoks suyu
Tərkibi:
1 litr otaq temperaturunda olan su
Yarım portağal
1 çay qaşığı qərənfil
1 ovuc təzə nanə
Hazırlanması:
1 litr suya portağal, qərənfil və nanəni töküb qarışdırın. Bunu da eyni üsulla, yəni, ya soyuducuda, ya da otaqda saxlayın.
Bunu da 1 stəkan olmaqla hər saatdan bir içib qurtarın.

Detoks suyunun faydaları nələrdir?
Detoks suyu içməyin aşağıdakı faydaları var:

  • Bədənin daha çox kalori itirməsini təmin edir.
  • Şirniyyat istəyini kəsərək çəki atmağa kömək edir.
  • Metabolizmanı gücləndirməklə arıqladır.
  • Enerjili və gümrah olmağa kömək edir.
  • İmmun sistemini gücləndirir.
  • Böyrək və sidik yollarını təmizləyir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!