“Detoks suyu ilə qısa müddətdə arıqlayın

Detoks suyu ilə qısa müddətdə arıqlayın

Şirniyyat sevgisi, qarında şişkinlik və ya artıq çəkinizdən azad olmaq istəyirsinizsə, hamısının 1 həlli var. İşə, məktəbə detoks suyunuzu apararaq, rahat və sağlam arıqlama yolunu seçmiş olursunuz.

Detoks suyunun faydaları:

·         Bağırsaq sistemini təmizləyir;

·         Şirniyyata olan istəyin qarşısını alır;

·         Gündəlik su ehtiyacını qarşılayır;

·         Ödəm və toksinləri bədəndən xaric etməyə köməklik edir;

·         Enerji verir və yorğunluq hissini aradan qaldırır;

Detoks suyu necə hazırlanır?

Tərkibi:

1 litr su,

1 çay qaşığı alma sirkəsi,

Yarım limon (portağalla da əvəz edə bilərsiniz),

İstəkdən aslı olaraq təzə nanə.

Bütün tərkibi bir balonda qarışdırın. Ən az 5 saat saxlayın və daha sonra gün ərzində 1 stəkan için. Ac və ya tox qarına içə bilərsiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!