“Qışda kökəlməmək üçün bir neçə tövsiyə

Qışda kökəlməmək üçün bir neçə tövsiyə

Yaz və yay aylarında incə geyimlərlə artıq çəkilərimizi gizlədə bilmədiyimizə görə yeməmək üçün özümüzü saxlaya bilirik. Ancaq qışda havaların soyuması ilə qalın geyimlərə keçirik və artıq çəkilərimizi bu qalın geyimlərin altında gizlədə bilirik. Bu cəhətdən rahat olduğumuz üçün də qidalanmamıza fikir vermirik və kökəlməyə başlayırıq. Biz sizə düzgün qidalanma ilə bu qış aylarını kökəlmədən keçirməyin yollarını təqdim edirik:

Proteinli qidalardan istifadə edin.
Yağsız ət, toyuq və balıq kimi qidalar həzmi çətin olduğundan daha artıq kalori itirməyinizə səbəb olacaqdır. Buna görə də hər yeməkdə müəyyən qədər protein növlərinin olmağına xüsusi diqqət göstərin.

Lif qəbulunu artırın.
Lifli qidalara misal olaraq meyvə və tərəvəz, bulqur və qara çörəyi göstərmək olar. Hər gün ən az 20 qram lif qəbul edilməsi uzun müddət tox tutacaqdır. Gündə təqribən 1 ovuc qoz və ya badam, 1 boşqab tərəvəz yeməyi və 2 kasa da salat yeməlisiniz.

D vitamini ilə zəngin olan qidalar yeyin.
Belə qidaların tərkibində yüksək miqdarda kalsium da vardır. Kifayət qədər kalsium qəbul etmək bağırsaqlardan yağların sorulmasının qarşısını alır və bədəndən xaric olmasına kömək edir. Gündə 2 stəkan az yağlı süd içmək və ya bir dilim pendir və bir kasa qatıq yeməklə sümüklərinizi bərkitməklə yanaşı, həm də bədəninizdəki yağların əridilməsinə də şərait yaratmış olarsınız.

Sağlam yağlardan istifadə edin.
Omega 3 ve omega 9 yağları, yəni balıq və müəyyən miqdarda zeytun yağı
sizi tox tutmaqla yanaşı maddələr mübadiləsinə də xeyirlidir. Balıq yemədiyiniz günlərdə mütləq omeqa 3 həblərindən istifadə etməlisiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!