“Yavaş yeyənlər niyə 100 kalori az qəbul etmiş olur?

Yavaş yeyənlər niyə 100 kalori az qəbul etmiş olur?

Aparılan araşdırmalar yeməyi yavaş çeynəyən və arada bir su içənlərin 100 kalori az qəbul etdiyini ortaya çıxarmışdır. Bəs bunun səbəbi nədir?

Əgər çox sürətli yemək yeyənlərdənsinizsə, yavaşlamağınızı məsləhət görürük, çünki yavaş-yavaş çeynəyərək yemək daha az kalori almağınıza, nəticədə daha asan arıqlamağınıza kömək edəcək. Yemək masasında daha yavaş çeynəyərək yemək, bir yandan da arada su içmək ən sağlam qidalanma şəklidir və bu şəkildə qidalananlar digərləri ilə müqayisədə 100 kalori daha az qəbul etmiş olur. Aralarında Gwyneth Paltrow kimi məşhurların və elm adamlarının olduğu bir qrup da bu formada qidalanmağın daha yaxşı olduğunu bildirir.

Amerikadakı Texas Christian Universitetində aparılan bir araşdırma ilə qidalanma mütəxəssisləri qidalanma sürətimiz və kalori qəbulu arasındakı əlaqəni ortaya qoydu. Mütəxəssislər bu təcrübə zamanı həm də insanlardan yeməyi çox sürətli və yavaş yedikləri zaman nə hiss etdiklərini soruşdu. Yeməyi yavaş və çeynəyərək yeyən qrupdan çox sakit və rahat bir şəkildə, hiss edərək qidalanmalarını istədilər. Bu qrup heç tələsmədən, kiçik ölçülərdə, yavaş və yaxşıca çeynəyərək, arada su içərək yeməyini bitirdi. Digər qrupa isə tələsik və sürətli şəkildə yemək tapşırıldı. Onlar iri tikələr alaraq, çeynəmədən və heç ara vermədən yeməklərini bitirdilər. Təcrübənin sonunda yeməyi yavaş yeyənlərin digər qrupa nəzərən 88% daha az kalori aldığı ortaya çıxdı.

Təcrübəni həyata keçirən mütəxəssislərdən Prof. Meena Shah: “Yemək yemə sürətini aşağı salmaq, sakit, çeynəyərək yemək, kalori qəbulunda azalma mənasına gəlir. Ancaq bu sadəcə normal çəkidəki insanlar üçün keçərlidir, çəki xəstəlikləri olanlar bu qrupa daxil deyil” - dedi.

Təcrübədən 60 dəqiqə sonra hansı qrupun daha uzun müddət toxluq hissi yaşadığına baxıldığı zaman da daha yavaş qidalananların hələ tox hiss etdiyi, ancaq tez-tez yeyən insanlarda aclıq hissinin yaranmağa başladığı ortaya çıxdı.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!