Evdə asan hazırlanan dırnaq maskasını təqdim edirik. Hər gecə yatmazdan qabaq dırnaqlarınızda bu maskadan istifadə edin və qısa müddətdə gözəl dırnaqlara sahib olun.
Tərkibi:
- Bir yemək qaşığı badam yağı,
- Bir yemək qaşığı limon suyu,
- Bir yemək qaşığı zeytun yağı.
Bu qarışığı dırnaqlarınıza masaj ilə yeridin. Daha sonra pambıqlı əlcək taxıb, yatın. Bu formul dırnaqlarınızı gücləndirəcək, rəng fərqliliklərinin qarşısını alacaq və daha parlaq olmasına kömək edəcək.