“Saçlarını ilk dəfə boyayanlar üçün 5 tövsiyə

Saçlarını ilk dəfə boyayanlar üçün 5 tövsiyə

1. Böyük dəyişiklliklərdən çəkinin
 
Saçlarınızı boyamaq xarici görkəminizi dəyişmək üçün edə biləcəyiniz ən böyük  dəyişikliklərdəndir. Əgər ilk dəfə boyadan istifadə edəcəksinizsə, təbii saç rənginizin tonlarını seçməyə çalışın. Çox böyük dəyişiklikliyə alışmaq sizə çətin gələ bilər.
 
2. Tam qalıcı olmayan boya ilə başlayın
 
Bunun 2 üstün tərəfi var. Birincisi, bu tip boyalar saçda uzun müddətli qalmır, yəni bəyənmədiyiniz halda azad ola bilərsiniz. İkincisi, bu boyalarla təbii saç rənginizə daha yaxın kölgələr əldə edəcəksiniz.
 
3. Əgər qərar verə bilmirsinizə, daha açıq rəng tonlarını seçin
 
Alınan nəticəni bəyənmədiyiniz halda açıq rəng tonlarını düzəltmək çox daha asandır.
Ümumiyyətlə aldığınız  boya saçınızı düşündüyünüzdən daha tünd rəngə çevirəcək. Yəni, əgər saç rənginizi tünd hesab edirsinizsə, istədiyiniz nəticədən daha açıq bir ton seçin.
Tünd rəngləri əvvəlki halına qaytarmaq çox çətin, hətta bəzən imkansız olur. 
 
4. Unutmayın ki, hər insanın boyası fərqlidir
 
Yaxın rəfiqənizin saç rənginə heyransınız? Siz də həmin rəngi saçınıza tətbiq edə bilərsiniz, amma eyni boyanı alacağınızı zənn etməyin.
Eyni boya iki fərqli insanda çox fərqli nəticələr yarada bilir. Bundan başqa, qablaşdırmanın üzərindəki modellə sizin saç rənginiz də uyğunlaşmaya bilər. Başlanğıc rənginizi nəzərə alaraq istədiyiniz nəticənin hansı rəngə daha yaxın olacağını başlanğıc və nəticə rənglərinin olduğu rəng kataloquna baxaraq aydınlaşdıra bilərsiniz.
 
5. Dəri tonunuza və göz rənginizə uyğun rənglər seçin
 
Dəri tonu daha tünd olan qadınlar daha isti rənglərin öhdəsindən gələ bilər. Mavi və yaşıl gözlü qadınlara isə soyuq rənglər daha çox yaraşır. 
Saçlarınızı boyamaq qərarı aldığınız zaman qaşlarınızı da nəzərə almağı unutmayın. Saçlarla qaşlar arasında kəskin rəng fərqinin olması xoş görünməyə bilər.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar