Yay aylarında qadınların ən böyük şikayəti olan ayaq iyi və ayaq sağlığı daim ön planda olur. Xüsusən də qalın ayaqqabılar və havalanmayan ayaqlar qısa bir müddətdən sonra nəticələrini göstərir. Bu nəticələrdən biri pis qoxu, digəri isə göbələkdir. Ayaqqabı seçimi yay aylarında daha böyük önəm daşıyır. Bundan başqa da əməl etməli olduğunuz bəzi məsələlər var.
Ayaqlarınızı gün içində tez-tez yuyun
Yay aylarında pis qoxunun və göbələyin qarşısını almaq üçün ayaqlarınızı gündə ən azı 3 dəfə yumanız tövsiyə olunur. Əlbəttə tək bu yetərli deyil, bununla yanaşı ayaqqabı seçimi də böyük önəm daşıyır.
Bəs ayaqqabı seçimi necə olmalıdır?
Yay aylarında ayaqlarınızın hava almasının nə qədər önəmli olduğunu qeyd etdik. Bu səbəbdən daha rahat və açıq ayaqqabılar məsləhət görülür. Əgər mümkündürsə sandallar və başmaqlardan istifadə edin. Qalın dərisi olan ayaqqabılardan uzaq durun. Ayaqqabı seçimi doğru olduqda və ayaq yumağı müntəzəm etdikdə göbələk meydana gəlməz.