Dərinin rəngini açan və ləkələri təmizləyən maskaların bir çox növü var. Cild ləkələrinə çox yaxşı təsir etməsi səbəbilə xüsusən alma və qaysı maskası məşhurdur. Cild ləkələri üçün Professor Dr. İbrahim Saracoğlunun məsləhət gördüyü maska belədir:
Orta ölçülü qırmızı almanın qabığını nazikcə soyun. Alma turş olmamalıdır.
4 ədəd qaysını da soyun, qaysılar yumşaq olmamalıdır.
Qaysılar ilə soyulmuş alma qabıqlarını kiçik qabın içinə qoyun. Vam xodda sıyıq halına gəlməsi üçün az su əlavə edərək bişirin. 5 dəqiqə qalmalıdır.
Çəngəl ilə qarışımı əzin. 5 dəqiqə boyunca üzərinə yavaş və az-az su əlavə edin, əzməyə davam edin. Qarışım homogen olmalıdır.
Bir az ilıq olanda üzünüzə yavaş-yavaş çəkin. 20-30 dəqiqə gözləyib, üzünüzü durulayın.