“Tez bir zamanda dırnaq uzatmaq üçün bir neçə tövsiyə

Tez bir zamanda dırnaq uzatmaq üçün bir neçə tövsiyə

Biz qadınlar üçün dırnaq qulluğu  çox əhəmiyyətlidir. Hər insanın fərqli dırnaq quruluşu var, amma demək olar ki, bütün qadınların istəyi sağlam və baxımlı dırnaqlara sahib olmaqdır. Qırılan və ya gec uzanan dırnaqlara qulluq üçün təbii üsulları sizə təqdim edirik.

Limon suyu ilə qulluq

Pambıq vasitəsilə və ya birbaşa limon suyu ilə dırnaqlarınızı hər gün masaj ilə qidalandırmaq qısa mütdətdə müsbət nəticə əldə etməyinizə kömək olacaq. Bundan başqa,  limon suyunun tərkibində olan vitaminlər də dırnaqların daha möhkəm olmasına kömək edir.

Zeytun yağlı suda saxlayın

Dırnaq uzatmağın bir digər yolu isə içərisində sirkə və zeytun yağı qarışığı olan ilıq suda əllərinizi saxlamaqdır. Bu üsulu hər gün, xüsusilə axşamlar yatmadan əvvəl tətbiq edin. Dırnaqlarınızın möhkəmləndiyini və sürətlə uzanmağa başladığını təəccüblə izləyəcəksiniz.

Kokos yağı ilə masj edin

Dırnaq uzatmaq üsullarından biri isə kokos yağı və limon suyu ilə dırnaqlara masaj etməkdir.  Bu şəkildə daha sağlam və qırılmağa davamlı möhkəm dırnaqlara sahib olacaqsınız.

Gündəlik nəmləndirici istifadə edin

Qorumaqla yanaşı , dırnaq kənarlarınızı yüngülcə fırçalayaraq qan dövranını sürətləndirə bilər, ətrafına qidalandırıcı kremlərlə masaj tətbiq edərək daha güclü dırnaqlara sahib ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar