“Burun plastikasında qapalı (izsiz) üsul ilə açıq üsulun fərqi

Burun plastikasında qapalı (izsiz) üsul ilə açıq üsulun fərqi

Burun əməliyyatı illərdir tətbiq edilən bir plastik əməliyyatdır. Uzun illər müddətində inkişaf etmiş və yeni texnikalar istifadə edilməyə başlanmışdır.
Keçmişdən gələn bir vərdiş ilə plastik burun əməliyyatı olmaq istəyənlərin bir çoxu həkimlərə nə qədər yara izi qalacağını, gözə çarpıb, çarpmayacağını soruşurlar. Artıq əvvəlkindən fərqli olaraq heç bir yara izi qalmadan plastik burun əməliyyatını tətbiq edə bilirlər.
 
Plastik burun əməliyyatı əsas olaraq 2 üsulla aparılır. Bunlardan biri açıq burun plastikası, digəri isə qapalı burun plastikasıdır. Açıq burun plastikasında burun deşikləri arasındakı hissə kəsilərək burun dərisi qaldırılır və burnun quruluşu görünür. Burnun daxili quruluşu cərrahın gözünün qarşısında olur. Bu səbəbdən açıq üsul ilə burun plastikası tətbiq etmək cərrah baxımından daha çox üstünlük təşkil edir.
Daha az təcrübəyə malik olan cərrahlar əsasən açıq üsula üstünlük verirlər. Çünki, bu üsul ilə əməliyyat aparmaq daha asandır. Amma, açıq burun plastikasında kənardan gözə çarpa bilən bir yara izinin qalması ehtimalı var.
Qapalı üsul ilə aparılan əməliyyatlarda isə digərindən fərqli olaraq kəsiklər burun deşiklərinin içərisindən aparılır. Burun plastikası da bu şəkildə həyata keçirilir. Burnun ön hissəsində heç bir kəsik olmur və buruna forma verən "Pintagium" bağı kəsilmir. Nəticədə burunu qidalandıran damar-sinir sistemi zədələnmədiyindən ödəm az olur, burun ucunda keylik hissi olmur. Qapalı üsul ilə kənardan görünən bir izin qalması ehtimalı da yoxdur. Amma, qapalı üsulun tətbiqi daha çətindir və təcrübə tələb edir. 
 
Burun plastikasından sonra yara izi qalır?
 
Açıq üsul ilə aparılan burun plastikasında kiçik bir izin qalması ehtimalı var, amma sözü gedən iz çox böyük bir iz deyil, çox vaxt məqbul görünür. Amma, diqqətli şəkildə baxıldığı zaman gözə çarpa bilər. Xüsusilə, qalın dərili insanlarda iz qalma ehtimalı daha yüksəkdir. Kənardan baxıldığı zaman dəqiq olaraq heç bir izin qalmaması üçün zəmanət verə bilən üsul qapalı burun plastikasıdır. Əgər iz qalma ehtimalı sizi çox narahat edirsə, qapalı üsul ilə aparılan burun plastikasını seçə bilərsiniz.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar