Xüsusilə, gündəlik həyatımızda hər gün istifadə etdiyimiz ətirlər insanları cəlb etməyin ən asan yoludur. Təbii ki, bunun üçün həm ətir seçimində, həm də istifadə müddətində diqqət etməli olduğunuz məqamlar var.
İşıq və nəmdən uzaq saxlayın
Ətrinizin qalıcı olması üçün onun istifadə qaydasının əhəmiyyətli olması ilə yanaşı, məhsulun mühafizəsi də əhəmiyyətlidir. Özünə qulluq məhsulları əsasən vanna otağında saxlanılır. siz də bu şəkildə saxlayırsınızsa, təəssüf ki, səhv edirsiniz. Çünki, ətrinizi vanna otağı kimi nəmli mühitdə saxlamamağınız düzgün deyil. Eyni şəkildə günəş şüalarından da uzaq olması üçün pəncərə kanarlarında da saxlamayın. Sizə tövsiyəmiz, istifadə etdiyiniz ətiri soyuducuda saxlayın.
Duş qəbul etdikdən sonra istifadə edin
Əsasən işə, dərsə ya da evdən çıxarkən əynimizi geyinib hazırlaşdıqdan sonra boyun, qol və biraz da geyimimizə ətir vururuq.
Əslində isə, İstifadə etdiyimiz ətri duş qəbul etdikdən sonra bədən qurumadan istifadə etməliyik. Duş zamanı açılan məsamələr qoxunun dəriyə həbs olmasını və daha uzun müddət qalıcı olmasını təmin edəcək.
Dərinizi nəmləndirdikdən sonra ətir vurun
Duş qəbul etmədiyiniz zamanlarda ətrinizin daha uzun müddət qalıcı olması üçün dərinizi nəmləndirdikdən sonra istifadə etməyiniz tövsiyə olunur. Nəm olan dəri qoxu molekullarını özündə daha yaxşı saxlayır. Hər hansı bir nəmləndirici krem seçmək yerinə, istifadə etdiyiniz ətrin losyon tipli kremlərini istifadə edə bilərsiniz. Həmin məhsullar istifadə etdiyiniz ətirlə eyni qoxuya sahib olduğu üçün ətriniz də daha qalıcı ola bilər.
Biləklərinizi ovuşdurmayın
Bir çox insan xüsusilə hazırlaşıb, evdən çıxarkən ətri biləklərinə vurur və sonra biləklərini ovuşdurur. Bu hərəkət tamamilə səhv olub, qoxu molekullarının uçmasına səbəb olur.
Ətrinizi saçlarınıza vurmağı sınamısınızmı?
Bəlkə də bir çox insanın xəbərsiz olduğu bu üsul ətrin qalıcı olması üçün ən yaxşı üsulllardan biridir.