“Həyatınızı asanlaşdıran bir neçə praktik tövsiyələr

Həyatınızı asanlaşdıran bir neçə praktik tövsiyələr

Ağız qoxusunun qarşısını almaq üçün dişlərinizi fırçalayarkən dilinizi təmizləməyi unutmayın. Gündə 1 ədəd yaşıl alma yeyərək həm ağız qoxusunun qarşısını ala bilər, həm də diş sağlığınızı qoruya bilərsiniz.

Qurumuş və sərtləşmiş saçlarınıza zeytun yağı sürtüb 30 dəqiqə saxladıqdan sonra təmizləyin. Zeytun yağı saçlarınızın parlaq və yumşaq olmasına kömək edəcəkdir.

Sızanaqlarınızın tez sağalması üçün gecə yatmazdan əvvəl üstünə bal sürtüb yayılmasın deyə yara bandı yapışdırın. Səhər oyananda sızanaqlarınızın daha yaxsi vəziyyətdə olduğunu görəcəksiniz.

Dodaqlarınız çatlayıbsa, bir bağlama yaşıl çayı isti suyun içində bir neçə dəqiqə dəmləyin. Sonra bu bağlama ilə dodaqlarınıza kompres edin.

Saçlarınızın həcmli olmasını istəyirsinizsə, saçınızı yuyarkən əvvəlcə saç kremi sürtün, biraz saxlayıb, durulayın və sonra şampunlayın.

İdman ayaqqabılarınızı təmizləmək üçün yastıq üzünün içinə qoyub, ağzını bağlayın və paltar yuyan maşına atıb yuyun. Beləliklə, ayaqqabılarınız zərər görmədən təmizlənəcək.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar