Victoria Beckham
Victoria Beckhamın təmiz və hamar cildinin sirrini açıqlayırıq: Bülbül nəcisi. Bəli! Düz oxudunuz!
Yapon mədəniyyətindən gələn və Geisha Facial olaraq da bilinən bu dəriyə qulluq vasitəsi içərisində bu qeyri-adi maddə ilə cild toxumalarını yeniləyir.
Kate Hudson
Kate Hudson parlaq və gözəl bir cild üçün olduqca klassik bir maddəyə güvənir: Su.
Məşhur aktrisa, üzündəki şişliyi, qızarıqlığı azaltmaq və məsamələri örtmək üçün üzünü buzlu su dolu bir qaba salıb bir neçə saniyə gözləyir.
Demi Moore
Demi Moore'un antioksid rejimi yaşıl sulardan, detoks pəhrizi və idmandan deyil zəlilərdən ibarətdir. Məşhur ulduz, qanı yenilədiyi söylənən bu üsulla öz dərisini tamamilə təzələyir.
Sandra Bullock
Sandra Bullock-un cild baxımının sirri təzə bildiyimiz bir şey olmasa da yenə də olduqca fərqlidir. Gözəl aktrisa göz altı torbaları üçün hemoroid kremi istifadə edir.
Nicole Kidman
Nicole Kidman həmişə parlayan saçlarının rəngini necə təzə saxlayır? Gözəl aktrisanın sirri, duş aldıqdan sonra saçlarını son dəfə qurulayarkən zoğal suyu istifadə etməsidir.
Eva Longoria
Eva Longoria-nın dəriyə qulluq dəlisi olduğu kremlərin içində plasenta var. Kollagen yaranmasını sürətləndirən və cildin nəmliliyini yeniləndirən bu inqrediyent Hollywood ulduzları arasında da olduqca populyardır.
Halle Berry
Gözəl aktrisanın cild dəriyə qulluq sirri əvvəl oxuduqlarınıza nisbətən daha normaldır. Selülitlərə qarşı savaşda Halle Berry duş alarkən təzə üyüdülmüş qəhvə dənəciklərindən istifadə edir. Bədənini üyüdülmüş qəhvə ilə təmizləyən Halle, həm kafeinin antiselülit təsirindən faydalanır həm də peeling edir.
Jennifer Lopez
Jennifer Lopez-in özünə qulluq rejimindəki fərqlilik ulduzun ekstravagent yaşam tərzindan irəli gəlir. Üz üçün istehsal olunan və 60 millilitri təxminən 365 AZN olan ənənəvi La Mer The Creme, gözəl müğənninin eyni zamanda bədən nəmləndiricisidir.
Angelina Jolie
Angelina sağlıqlı və formda görünməyini balıq kürüsünə borcludur. Yağ baxımdan zəngin və olduqca bahalı olan Bearii kürüsü ilə gözəl ulduz, doğum sonrası çatlarından dərisindəki ləkələrə qədər bütün izlərlə olan savaşı qazanıb.
Scarlett Johansson
Scarlett Johansson-un gözəllik sirri Jennifer Lopez və Angelina Jolie-yə görə daha ekonomikdir. Gözəl ulduz tonik olaraq alma sirkəsi istifadə edir. Sirkənin antibakteriyal təsirindən faydalanan Scarlett-in şüşə kimi görünən dərisinə baxılsa, özünə sızanaqlara qarşı təsirli bir müttəfiq tapdığını əminliklə demək olar.
Blake Lively
Blake Lively-nin gözəllik imzalarından biri gur və parlaq saçlarıdır. Ulduz son zamanlar rejimini yeniləsə də, anasının məsləhəti ona sağlıqlı saçlar qazandırıb: Uğurlu aktrisa dayanıqlı və güclü saç ucları üçün mayonez maskası edir.
Hailey Baldwin
Eva Longoria-un plasenta kremindən sonra Hailey-nin gözəllik sirri sizə qəribə gəlməy bilər. Gözəl model, özəl bir klinikada hazırlanan və əsas inqrediyenti öz qanı olan bir üz kremiylə dərisinə qulluq edir.
Selena Gomez
Gənc müğənninin getdiyi hər yerə bir 'Tər Yatağı' apardığını bilirdiniz? Dünya turlarına çıxanda belə bu vərdişindən keçməyən Selena, 45 dəqiqə boyunca tər yatağında yataraq bədənindəki toksinlərdən (zəhərli maddələrdən) təmizlənir. Bu prosedurun dəri toxumalarını yeniləməklə yanaşı bədəni incəltdiyi də deyilir.
Kate Middleton
Şəhzadənin gözəllik sirri arı zəhərindəndir. Dəriyə botoks effekti verdiyi deyilən arı zəhərinə sahib məhsullarla Cambridge Düşesi dərisini gənc saxlamağı bacarır. Hətta toy günündə də makyajdan öncə istifadə etdiyi arı zəhəri maskasıyla Kate, olduqca çox müzakirə olunmuşdu.
Cindy Crawford
Dəriyə qulluqda təbii və sadə məhsullara güvənənlərdən biri də süpermodel Cindy Crawforddur. Məşhur model, gün içində cildini nəmləndirmək üçün yağ, mineral və protein tərəfdən zəngin olan süd və suyu qarışdıraraq əldə etdiyi bir sprey istifadə edir.