Dietoloqların bu məsləhətləri ilə evdə asan üsullarla sellulitlərdən azad olmaq mümkündür.
Bu qidalar sellulitlərinizdən azad olmağa kömək edəcək:
Su: Mümkün qədər çox su içmək qan dövranını tənzimləyir və bədəndə şişkinliyin, su yığılmağının əmələ gəlməyinin qarşısını alır.
Kətan toxumu: Olduqca güclü təsirə malikdir. Estrogen və Omega 3 yağ asitləri kimi sellulitin müalicəsində istifadə edilir.
Qırmızı bibər, Kivi və Portağal: Tərkiblərindəki bol miqdarda vitamin C dəri altındakı bağ toxumalarını gücləndirir. Brokoli, gül kələmi, cəfəri və digər yaşıl yarpaqlı qidalar da vitamin C ilə zəngindirlər.
Soğan ve Sarımsaq: Qan təzyiqi və qan dövranının rahatlamasına kömək edir.
Ananas: Bromelain adlandırılan həzm fermenti var. Bu ferment yağ hüceyrələrinin ətrafındakı zədələnmiş kollagen toxumasını parçalayır və yağların yığılmağının qarşısını alır. Hər gün 1 dilim ananas yemək bölgəsəl şişkinliklərin əmələ gəlməyinə də mane olur.
İnciçiçəyi və Ənginar: Bədəndə əmələ gələn şişkinliyi atmaqda effektli bitkilərdir.
Kərəviz: Damarların daralmağının qarşısını alaraq qan dövranının rahatlamağını təmin edir.
Yaşıl çay: Yağları əritmə prosesini sürətləndirir. Bundan başqa, şişkinliyin əmələ gəlməsinin də qarşısını alır.
Balıq: Tərkibindəki Omega 3 yağ asitləri qan damarlarını genişləndirərək qan dövranının rahatlamağına kömək edir.
Zəncəfil: Qanda tromplaşmanın qarşısını alaraq qan dövranını rahatlaşdırır.
Sellulitə səbəb olan əsas faktorlar nələrdir?
Duz: Bədəndə su yığılmasına səbəb olur və zərərli tullantıların orqanizmdən xaric edilməsinə mane olur.
Alkoqol: Bədəndə birbaşa yağ olaraq yığılır və su itirilməsinə səbəb olur.
Şəkər tozu: Dəri sallanmasına səbəb olur.
Evdə sellulitin müalicəsi üçün nələr etmək olar?
• Şəkər və şəkərli içkiləri azaldın;
• Mümkün qədər çox su için;
• Un məmulatları yerinə, tərəvəz və meyvəyə üstünlük verin;
• Duzu minimum həddə istifadə edin;
• Yağlı, ağır, souslu qidalardan uzaq olmağa çalışın;
• Siqaret çəkirsinizsə mütləq tərgidin, alkoqollu içkilərdən uzaq durun;
• Hər gün mütləq tərkibində vitamin C olan qidalar yeyin;
• Kofeindən uzaq olun;
• Kətan toxumu və balıq yeməyə xüsusilə diqqət yetirin;
• Müntəzəm şəkildə idmanla məşğul olun;
• Tez-tez və az-az yemək yeməyə çalışın.