“Dərini ağartmaq üçün 4 fərqli karbonat və limon maskası resepti!

Dərini ağartmaq üçün 4 fərqli karbonat və limon maskası resepti!

Bəzən dərimiz günəş şüalarına məruz qalaraq və ya digər təsirlərdən qaralır, ləkələnir. Bunun qarşısını almaq üçün sizin üçün 4 fərqli resept təqdim edirik. 

Birinci resept:
2 çay qaşığı soda, 3 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı limon suyunu qarışdırın. 15 dəqiqə üzünüzdə saxlayın. Əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Sonra qurulayın və üzünüzə bir az nəmləndirici vurun. Bunu həftədə 1 və ya 2 dəfə təkrarlaya bilərsiniz.
DİQQƏT: Əgər üzünüz həssasdırsa, 1 yemək qaşığı su əlavə edə bilərsiniz. 

İkinci resept:
Bu resept ləkələri, qara nöqtələri, çil və digər ləkələrin keçirir, rəngini açır.
1 yemək qaşığı qarğıdalı unu, yarım çay qaşığı zərdəçal və soda, bir neçə damla gül suyu və 2 yemək qaşığı limon suyunu qarışdırın. Bu qarışığı üzünüzə çəkin və 20-30 dəqiqə gözlədin. Soyuq su ilə durulayın. Ardınca cildinizi qurulayın və bir az nəmləndirici çəkin.

Üçüncü resept:
Əvvəlcə üzünüzü yuyun və qurulayın. 2 yemək qaşığı təzə limon suyu və 2 yemək qaşığı soda, 1 yumurta və 1 yemək qaşığı qatığı qarışdırın. Bu qarışğı üzünüzə çəkin və 15-20 dəqiqə gözlədin. Gözlətdikdən sonra ilıq su ilə yuyun və ardınca soyuq su ilə yuyun. Sonra üzünüzü qurulayın və nəmləndirin. Bu maskanı həftədə 2 dəfə təkrarlayın.

Uşaq pudrasının 6 faydası üçün kliklə!


Dördüncü resept:

Yarım çay qaşığı limon suyu, 1 yemək qaşığı soda, yarım çay qaşığı kokos yağı və 2-4 damla çay ağacı yağını qarışdırın. Bunu üzünüzə çəkin, 1 dəqiqə gözlədin və üzünüzü ovun. Ardınca üzünüzü yuyun və qurudun. Bu maskanı da həftədə 1 və ya 2 dəfə təkrarlaya bilərsiniz.
DİQQƏT: Çölə çıxarkən üzünüzə mütləq günəş kremi çəkin.

Buradan android tətbiqimizi endirə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar