“Qabartma tozu ilə edə biləcəyiniz 5 maraqlı şey

Qabartma tozu ilə edə biləcəyiniz 5 maraqlı şey

1. Təbii dezodorant
 
Qabartma tozunu biraz su ilə qarışdırın. Bu qarışığı tərləmənin qarşısını almaq üçün qoltuq altınıza çəkə bilərsiniz. Bundan başqa, kiçik ləkələrin müalicəsində də istifadə edə bilərsiniz.
 
2. Quru şampun
 
Quru şampununuz bitdiyi zaman onu qabartma tozu ilə əvəz edə bilərsiniz. Sadecə 1 çimdik qabartma tozunu saçlarınıza səpin (Bu miqdar saçınızın yağlılıq səviyyəsinə əsasən dəyişə bilər) və darayaraq təmizləməyə davam edin.
 
3. Toksinlərdən azad olmaq üçün vanna
 
Qabartma tozu ilə həqiqi mənada bir detoks vannası qəbul edə bilərsiniz. Bir miqdar dəniz duzu, yasəmən yağı və qabartma tozunu ilıq suya əlavə edin və toksinlərdən azad olaraq zövq alın.
 
4. Dişləri ağartmaq üçün
 
Bir neçə damcı su, 5 damcı hidrogen peroksid və  1 yemək qaşığı qabartma tozunu qarışdırın. Hazırladığınız qarışığı diş fırçası ilə dişlərinizə çəkin və 5-6 dəqiqə gözləyin. Təmiz bir diş fırçası ilə dişlərinizi təmizləyin və su ilə durulayın. Bu proseduru həftədə 1 dəfə tətbiq edərək daha bəyaz dişlərə sahib ola bilərsiniz.
 
5. Qara nöqtələri təmizləmək üçün
 
1 stəkan su ilə 1 çay qaşığı qabartma tozunu qarışdırın. Qaynadılmış suya üzünüzü yaxınlaşdıraraq buxarı ilə dərinizi yumşaltdıqdan sonra Hazırladığınız qarışığı tətbiq edərək qara nöqtələrinizi və hissəcikləri təmizləyə bilərsiniz. 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar