“Baxımlı olmağın sirləri

Baxımlı olmağın sirləri

Baxımlı olmağın qadınların özgüvənini artıraraq daha xoşbəxt yaşamalarına səbəb olduqları bir gerçəkdir. Baxımlı olmaq sadəcə ən yeni makyaj ləvazimatlarını əldə etmək və ya onlardan istifadə etmək demək deyil. Bu yazımızda baxımlı olmaq üçün makyaj etməkdən başqa edilməsi lazım olanları sizinlə paylaşırıq.


Təmizliyə diqqət edin
Baxımlı olmağın əsas şərti təmizlikdir. Gündəlik makyajınızı təmizləməmiş yatmamalı, hər səhər duş qəbul etməmiş evdən çıxmamalısınız. Dişlərinizin təmizliyinə önəm verməli, müntəzəm olaraq fırçalamaqla qalmamalı, diş ipi və ağız qarqarası istifadə etməlisiniz. Buna baxmaraq dişlərdə saralma olduqda diş həkiminə gedib təmizlətdirməlisiniz. İstənməyən tüklərin görünməsinin qarışısını almalı, üzə və bədənə epilyasiya etdirməlisiniz. Qaşlara daima nəzarət edilməli, sıranı pozan tüklərdən qurtulmalısınız.

Dərinizə qulluq edin
Makyaj dərinizə mənfi təsir göstərir. Gecələri sadəcə makyajınızı təmizləməklə qalmayıb, qara nöqtələrə və sızanaqlara qarşı kosmetik vasitələrdən faydalanmalısınız. Təbii qulluq vasitələrindən istifadə etməlisiniz. Vanna qəbul etdikdən sonra nəmləndiri kremləri istifadə etməlisiniz.

Saçlarınızı gözalıcı edin
Şampun reklamlarında gördüyümüz qadınların saçlarına sahib olmaq heç də çətin deyilş Şampunla birlikdə mütləq saç kremi/balzam istifadə etməli, saçınızı yaşkən daramalı və elektriklənməyə qarşı saç spreyindən istifadə etməlisiniz.

Ağır makyajdan uzaq durun
Siyahımızın sonunda düzgün makyaj etmək yer alır. Etmək istədiyiniz makyajı əvvəlcədən yoxlamalı və sizə uyğun olub olmadığını görməlisiniz. Ağır makyajdan qaçmalı və üzünüzə yaraşan gözəl makyaj etməlisiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar