Bir çox insanın ortaq problemlərindən biri də üzdəki xallardır.
bəyənənlərlə yanaşı, bu vəziyyətdən narahat olanlar da çoxdur.
Xal adlandırdığımız ləkələr dəridə yaranan qara nöqtələrdir. Bədənin istənilən yerində yarana bilər.
Xalların yaranmasına səbəb nədir?
Melanositlər olaraq tanınan dəri hüceyrələri çoxluq halında birləşərək xallar əmələ gətirir.
Təbii üsullar ilə xallarınızdan azad ola bilərsiniz.
-Sarımsaq
Sarımsaqda olan təbii fermentlər xalların yaranmasına şərait yaradan pigmentlərin parçalanaraq həmin hissədə yaranan tünd rəngin solmasını və təbii rəng halını almasını təmin edir. Ət xalların da düşməsinə kömək edir.
Tətbiqi:
1 diş sarımsağı əzib, gecə yatmazdan əvvəl xalın üzərinə çəkin.
Bantla üzərini örtün. 4-5 saat qalması kifayət edəcəkdir.
Bantı çıxardıqdan sonra bol su ilə təmizləyin.
3-4 gün müddətində tətbiq edin. Müsbət nəticələr əldə edəcəksiniz.
-Alma sirkəsi
Alma sirkəsinin turşu tərkibi bütün dünyada xal müalicəsində istifadə edilir.
Tətbiqi:
Pambığı alma sirkəsi ilə isladıb, xalın üzərinə qoyun.
Yara bandı ilə üzərini bağlayıb, yatın.
Səhər yuxudan oyandığınız zaman su ilə təmizləyin.
10 gün müddətində tətbiq edə bilərsiniz..
-Kətan toxumu
Kətan toxumu yağı xüsusilə ət xalların müalicəsində istifadə edilir.
Tətbiqi:
Üyüdülmüş kətan toxumu, bal və kətan toxumu yağını yaxşıca qarışdırın.
Bu qarışığı xalın üzərinə qoyun və 1-2 saat sonra təmizləyin.
Gün ərzində 2-3 dəfə və xaldan azad olana qədər tətbiq edin.
-Soğan suyu
Soğan suyunun turşu tərkibi xal müalicəsində çox istifadə olunur.
Tətbiqi:
Soğanı əzərək suyunu çıxarın.
Həmin suyu pambıq vasitəsi ilə xalın üzərinə çəkin.
30-40 dəqiqə qurumasını gözləyin və su ilə təmizləyin.
Bunu gün ərzində 2-3 dəfə və 2 həftə müddətində tətbiq edin.
-Aloe Vera
Aloe Vera hüceyrə yeniləmə və yaxşılaşdırma xüsusiyyətlərinə sahib bitkidir.
Tətbiqi:
Aloe Vera yarpaqlarının arasından çıxan geli xallarınızın üzərinə çəkin.
2-3 saat gözlədikdən sonra soyuq su ilə təmizləyin.
Hər gün 2 dəfə olmaqla, 1 ay müddətində tətbiq edin.