“BB krem nədir?

BB krem nədir?

Çox qısa müddətdə məşhurlaşan BB kremlər asanlıqla bir çox xanımların sevimlisi olmağı bacardı. Beləcə BB kremlərə olan tələbatın yüksək olduğunu görən bir çox kosmetika firmaları da öz BB kremlərini istehsal etməyə başladılar. Artıq əksər kosmetika mağazalarında, hətta böyük marketlərdə belə müxtəlif markaların BB kremlərini uyğun qiymətlərlə əldə etmək mümkündür. Bəs BB krem nədir?

Gəlin BB kremlərlə yaxından tanış olaq. Açılışı “Blemish Balm” və ya “Beauty Balm” olan BB kremlərin əsas vəzifəsi üzü qüsursuz göstərməklə yanaşı eyni anda dərini ətraf mühitin zərərli təsirlərindən qorumaqdan ibarətdir. Yaşlanmaya qarşı mübarizə aparması və günəşdən qoruma xüsusiyyətinə malik olması ilə demək olar ki, bu kremlər əksər xanımların və make-up artistlərin sevimlisidir.

BB kremlər necə istifadə olunur?

BB kremlər zərərsiz olduğu üçün gündəlik istifadəyə uyğundur. Əgər üzünüzdə çoxlu sayda örtmək istədiyiniz sızanaq və ləkələriniz yoxdursa, BB kremləri tonal krem əvəzi də rahatlıqla istifadə edə bilərsiniz. Üzünüzdə olduğu müddətdə dərinizi nəmləndirəcəyindən dərinizin sağlamlığı baxımından tonal kremlərdən dəfələrlə faydalı olduğunu demək mümkündür.

Bununla yanaşı istifadə edəcəyiniz tonal kremin örtücülüyünü və davamlılığını artırmaq və zərərlərini azaltmaq üçün BB kremləri üz bazası əvəzi istifadə etmək də olar. Yəni BB kremi üzünüzə tətbiq etdikdən sonra üzərindən tonal kreminizi də istifadə edə bilərsiniz. Ancaq yaxşı olar ki, istifadə zamanı kremi göz çevrənizə çəkməyəsiniz.

BB kreminizi həm nəmləndirici, həm günəş kremi, həm də tonal krem əvəzi istifadə edə bilərsiniz. Çünki bu kremlər bu 3 cəhəti də özündə birləşdirir. Ancaq təbii ki, yüksək örtücü tonal kremin verdiyi nəticələri BB kremlərdən gözləmək lazım deyil.

Mənbə: hecerism.wordpress.com


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar