“Bu gözəllik əfsanələrinə artıq inanmayın!

Bu gözəllik əfsanələrinə artıq inanmayın!

Gözəllik, saç və dəriyə qulluq haqqındakı müəyyən inanclar həqiqətən doğrudurmu? Cavabı məqaləmizdə tapacaqsınız.

“Məsamələr kiçildilə bilər.”

Dərimizdəki məsamələrin görünüşü və böyüklüyünü genetik quruluşumuz və dəri tipimiz müəyyənləşdirir. Sebum və bakteriyalar bu məsamələrin içini doldurduğu zaman daha nəzərəçarpan və böyük görünə bilərlər. Buna görə də yağlı dərilərdə qara nöqtə probleminə daha çox rast gəlinir. Böyük məsamələri və qara nöqtələri peeling, maska kimi məhsullarla təmizləyərək, daha kiçik görünməsinə nail ola bilərsiniz. Amma məsamələrin qalıcı olaraq kiçildilməsi hələlik mümkünsüz kimi görünür.

“Bol su içmək dərinin nəmli qalmasına kömək edir.”

Sağlam bir həyat üçün su içməyin faydalarını hamımız yaxşı bilirik. Amma suyun sağlamlıq üçün həyati olması dəriyə birbaşa təsir göstərmir. Su içmək bədəni xaricdən deyil, daxildən qidalandırır. Dəri tipiniz qurudursa, onu bol su içərək nəmləndirməyiniz elə də mümkün deyil. Bunun əvəzinə quru dərilər üçün nəzərdə tutulmuş məhsullar seçərək, dərinizi xaricdən nəmləndirə bilərsiniz.

“Ağ saçı qoparsanız, artar.”

Hər saçın tək bir kökü olduğu üçün qoparılmış hər telin bütün saça təsir göstərməyəcəyindən əmin ola bilərsiniz. Xoşunuza gəlməyən bir neçə ağ tükü qopartdığınız üçün saçlarınız bir gecədə ağarmaz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar