1. Susuzluq dodaq quruluğuna səbəb ola bilər. Mütəxəssislər gündə 2 litr su içməyin dəri sağlamlığı üçün faydalı olduğunu tez-tez söyləyirlər. Gün ərzində 1,5-2 litr su içməyə mütləq diqqət edin.
2. Həddindən artıq isti və ya soyuq hava dodaq quruluğuna səbəb olur. Bunun üçün çölə çıxarkən “Lip Balm” istifadə edə bilərsiniz. “Lip Balm” məhsulları nəmi qoruyaraq, dodaqların qurumasının qarşısını alır.
3. Dodaqlara bir az bal və vazelin sürtmək quruluğa mane ola bilər.
4. Dodaq “peeling”i ilə dodaqlarınızı ölü hüceyrələrdən xilas edə bilərsiniz.
5. B vitamini ehtiva edən qidalar yemək dodaq quruluğunun qarşısını ala bilər. Qoz, şüyüd, yarma, süd, ət, yumurta sarısı, kartof və meyvələr B vitamini baxımından zəngin qidalardır.
6. Siqaret də dodaq quruluğuna səbəb ola bilər. Sağlamlığınız üçün bu vərdişinizi ən qısa müddətdə buraxmalısınız.
7. Stress dəridə olduğu kimi dodaqların da qurumasına səbəb ola bilər. Stresdən uzaq olmağa çalışın.
8. Dodaqları tez-tez yalamaq nəmin itməsinə gətirib, çıxarır.
9. Quruluğun aradan qaldırılması üçün ofisinizdə ya da evinizdə mühitin nəmli olması çox əhəmiyyətlidir. Bunun üçün otağa su dolu bir qab qoya bilərsiniz.