“Dodaqların estetik əməliyyatına ehtiyac qalmadı - 2 maska resepti

Dodaqların estetik əməliyyatına ehtiyac qalmadı - 2 maska resepti

Qadınların dolğun dodaqlardan xoşu gəlir. Üzünün formasını dəyişmək üçün ilk nöbvədə qadınlar dodaqlarını dolğunlaşdıqmaq istəyirlər. Bir çox qadınlar isə bunun əleyhinədir. Ancaq bununla bərabər ideal dodaqlara da sahib olmaq istəyirlər. Estetik əməliyyat etdirməyib, dolğun dodaqlara sahib olmaq istəyən xanımlar üçün iki maska reseptini paylaşırıq. Bu maskaları tətbiq etdikdən sonra dolğun və parlaq dodaqlara sahib olacaqsınız.

Daha dolğun dodaqlar

Tərkibi:

  • 1 xörək qaşığı bal
  • 2-3 damcı zeytun yağı

Hazırlanması:

Qarışdırıb, diş fırçasının köməkliyi ilə qarışığı dodağınıza masaj edərək sürtün.

Parlaq və yumşaq dodaqlar

Tərkibi:

  • 1 ədəd yumurta sarısı
  • 5 qram yulaf

Hazırlanması:

Yumurta sarısı ilə yulafı qarışdıraraq qatı hala gətirin. Qarışığı dodağlarınıza və dodaq ətrafınıza sürtüb 10 dəqiqə saxlayın və sonra su ilə durulayın. Bu maska ilə dodağlarınızdakı ölü dəri çıxacaq, quruluq və qırışıqlar yox olacaq,  yumşaq və ideal dodaqlara sahib olacaqsınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar