“Düyü suyunun gözəlliyinizə 4 möcüzəvi təsiri

Düyü suyunun gözəlliyinizə 4 möcüzəvi təsiri

Plov bişirərkən və ya yeməklərdə düyüdən istifadə edərkən düyünü ilk əvvəl yaxşıca yuyub, daha sonra suda saxlayırsınız. Sonra həmin suyu atırsınız. Bu məqaləni oxuduqdan sonra həmin suyu atmağa ehtiyac qalmayacaq. Çünki düyü suyu gözəlliyiniz üçün çox faydalıdır. Saç tökülməsinin qarşısını alır, dərinizi ağardır, sızanaqlardan azad edir və arıqlamağınıza kömək olur.

Saç tökülməsinin qarşısını alır

Saç tökülməsi demək olar ki, hər kəsin ortaq problemidir. Saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii və kimyəvi üsullar var və çoxlarınız da bu üsullara əl atmısınız. Ancaq düyü suyu ilə evinizdə təbii vasitə kimi saçlarınızın tökülməsinin qarısını ala bilərsiniz.

Tərkibi: 1 xörək qaşığı üzüm suyu, 1 xörək qaşığı qaynadılmış düyü suyu, 1 xörək qaşığı bişmiş buğda suyu, 1 xörək qaşığı yulaf suyu, 1 xörək qaşığı zeytun yağı.

Hazırlanması: Bir kasanın içinə sayılan bütün ərzaqları əlavə edib, yaxşıca qarışdırırsınız. Qarışdırdıqdan sonra saç diblərinə masaj edərək 1 saat saxlayırsınız.  Bir saatın tamamında saçlarınızı yuya bilərsiniz.

Dərini ağardır və möhkəmləndirir

Düyünün tərkibində olan turşular və maddələr dərinizi həm günəş şüalarından qoruyur, həm də ləkələrdən xilas edir. Həmçinin, dərini ağardır. Qırışıqlıqlara və üz sallanmalarına qarşı əla vasitəsir.

Tonikin tərkibi: 7 çay qaşığı düyü, 1.5 stəkan ilıq su.

Hazırlanması: Düyünü ilıq suda 3 dəqiqə saxladıqdan sonra bir şüşəyə tökürsünüz və tonik kimi istifadə edirsiniz. Bu toniki soyuducuda saxlayın. Toniki hazırladıqdan sonra sadəcə 3 gün istifadə edə bilərsiniz.

Sızanaq və qara nöqtələrdən xilas olun

Sızanaq və qara nöqtələrə tez müdaxilə etmək üçün 1 stəkan düyünü 2 stəkan suyun içində 2-2.5 saat müddətində saxlayın. Vaxtın tamamında suyunu süzüb, həmin su ilə üzünüzü yuyun .

Artıq çəkidən azad olun

Bədəndəki artıq yağlardan azad olmaq üçün eyni miqdarda düyü suyu, yaşıl çay və zeytun yarpağını bir balonda qarışdırıb saxlayın və hər yeməkdən əvvəl 1 stəkan için.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar