“Gözlərinizin altında yaranmış şişliklərdən ev şəraitində xilas olun!

Gözlərinizin altında yaranmış şişliklərdən ev şəraitində xilas olun!

Aşağıdakı məsləhətlər gözaltı şişlikləri azaltmağa və ya aradan qaldırmağa kömək edir.

Soyuq kompres. Gözaltı şişlikləri üçün ala biləcəyiniz ən sadə tədbir evdə bir göz maskasından istifadə etməkdir. Kompresdən də istifadə edə bilərsiniz. Soyuq su ilə təmiz bir bezi isladın. Siz oturarkən və ya uzanarkən azacıq təzyiq göstərərək bir neçə dəqiqə göz çevrənizə tətbiq edin. Soyuq su ilə islanmış və ya içində buz olan maskalar adətən sürətli bir şəkildə gözlərin altındakı şişlikləri azaldır. Soyuq kompresin təsirini tam göstərə bilməsi üçün o, ən az 10-15 dəqiqə saxlanmalıdır.

Həmçinin dərini və toxumaları yığmağa kömək edən bir neçə qida məhsulları da vardır. Xiyar dilimləri və kartof dilimləri göz çevrəsinə qoyula bilər. Soyuq çay maskası da edə bilərsiniz. İstifadə olunacaq çayın qara və ya yaşıl çay olmasının heç bir fərqi yoxdur.

Gecələr lazımi qədər yatın. Bir çox insan üçün gündəlik ideal yuxu saatı 8 saatdır.

Yatarkən başınızı azacıq dik tutun. Bir neçə gün ərzində əlavə bir yastıqdan istifadə edərək, ya da yastığı bir az dikləşdirərək yatmağa çalışın. Bu şəkildə yatmaq gözlərin altına maye toplanmasının qarşısını almağa köməkçi olur.

Allergiya əlamətlərini azaldın. Allergiyadan mümkün qədər qorunun. Əgər gözaltı şişlikləriniz saç boyaları, sabun, kosmetik məhsullar və ya digər allergiya verən maddələrə bağlı olaraq yaranırsa, onların istifadəsi zamanı daha diqqətli olun.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar