Biz qadınlar xarici görünüşümüzə çox diqqət edirik. 3-5 kiloqram çəkini, saçımızdakı ağ telləri özümüzə daim dərd edirik. Bəs kişilər bu haqda nə düşünür?
Azacıq qarın
Bəli, biz nə qədər dümdüz qarına sahib olma xəyalları qursaq da, bəzi kişilər azacıq qarınlı qadınları digərlərinə nəzərən daha cəlbedici görürlər.
Sümüklü burun
Burun insanın üzündəki ən vacib üzvlərdən biridir. Burun quruluşunuz üzünüzə xarakterik bir xüsusiyyət qatacaqdır. Bu təbii görünüş kişilərə plastik əməliyyat keçirmiş burunlardan daha cəlbedici gəlir.
Qısa boy
Uzun ayaqlar hər kəsə gözəl görünə bilər. Amma çox vaxt münasibətin uzunluğunun ayaq uzunluğu ilə heç bir əlaqəsi olmur. Qısa boylu qızlar kişilərə daha şirin görünür. Ona görə boyunuzu problem etməyin.
Çillər
Çillərinizdən azad olmağa və ya onları gizlətməyə çalışmayın. Bir çox kişinin çilli qadınlardan xoşu gəlir. Onlarla barışın.
Arıq olma istəyi
Bu istəyə bir son verməyiniz yaxşı olar. Çünki kişilər “balıq ətli” qadınları daha cəlbedici görürlər.