“Laklarınızı qurutmağın 5 asan yolu

Laklarınızı qurutmağın 5 asan yolu

1. Saç qurudan fen.

Laklarınızı saç qurudan fenlə tez bir zamanda quruda bilərsiniz. Ancaq burda diqqət etməli olduğunuz məqam fenin soyuq hava verməsi və dırnaqlarınıza çox yaxınlaşdırmamağınızdır.

2. Buzlu Su.

Bir qabı buzlu su ilə doldurun, laklarınızı çəkdikdən sonra əllərinizi bu suyun içinə salın. Bir dəqiqə saxladıqdan sonra laklarınızın tamamilə quruduğunu görəcəksiniz.

Qeyd: Laklarınızı asanlıqla və tez təmizləmək üçün əllərinizi isti suyla doldurulmuş qaba salaraq buna nail ola bilərsiniz.

3. Əllərinizi buzxanada saxlamaq.

Soyuq lakın tez qurumağına təsir edir. Bu üsul bir az dəlicə gələ bilər, amma lakınızı evdən çıxan vaxt çəkmisiniz və harasa tələsirsinizsə, dırnaqlarınızı bir neçə saniyə buzxanada saxlamaqla tez qurumasına nail ola bilərsiniz.

4. Nazik qatlar çəkmək.

İncə çəkilən lak daha tez quruyur. Buna görə də lakı iki qalın qat yerinə üç nazik qat çəkin. Hər qatı çəkdikdən sonra bir müddət gözləyin. Bu, sizə çox vaxt aparırmış kimi gələ bilər, ancaq belə deyil. Üç nazik qat çəkilən lak iki qalın qat çəkilən lakdan daha tez quruyur.

5. Spreylər.

Lak qurudan spreylər də işinizi asanlaşdıracaq vasitələrdəndir. Bunu istənilən makiyaj vasitələri satılan mağazadan tapa bilərsiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar