Boyun və boğazda sızanaqlar mövcuddursa, böyrəyinizdə bir problem ola bilər. Eyni zamanda stress altında olduğunuz və ya çoxlu miqdarda şirniyyat yediyinizə də işarədir.
Çiyinlərdə çıxan sızanaqlar streslə birlikdə immun sisteminizin zəiflədiyinə işarədir. Bu vəziyyətdə xəstəliklərdən qorunmaq üçün bir az istirahət etməyiniz və stresdən uzaq durmağınız lazımdır.
Sinə nahiyəsində çıxan civzələr sinir sistemi ilə əlaqədar problemlərin göstəriciləridir. Hazır qidalardan uzaq durmaq və pəhriz saxlamaq bu problemin aradan qaldırılmasına kömək edəcək.
Qollarınızda yaranan sızanaqlar vitamin əskikliyinin olduğunu göstərir. Mütəxəssislər bu sıxıntının aradan qaldırılması üçün tərəvəz və meyvələr yeməyinizi məsləhət görür.
Qarın nahiyəsində çıxan sızanaqlar qandakı şəkərin səviyyəsi ilə əlaqəlidir. Qandakı şəkərin səviyyəsini düzəltmək üçün ağ çörəkdən və şirniyyatdan uzaq durmaq, çoxlu meyvə-tərəvəz qəbul etmək lazımdır.
Bədəninizin çanaq və bud nahiyəsində sızanaqlar varsa, bu, allergiyanın göstəricisidir. Bundan başqa, mütəxəssislər bildirir ki, bədəndəki tüklərin tərs çıxması da bu tip sızanaqların yaranmasına səbəb ola bilir. Bu zaman istifadə etdiyiniz sabun və kosmetik vasitələrə diqqət edin.
Kürəyimizdə və bel nahiyəmizdə çıxan sızanaqlar ortaya yüksək kalorili qidalanma və ya yuxusuzluq kimi səbəblər çıxarır. Bundan başqa, sinir sistemində yaranan narahatlıqlar da başlıca səbəbdir.