“Sodanın bilmədiyiniz faydaları

Sodanın bilmədiyiniz faydaları

Sodanın mətbəxdə, dəriyə qulluq, saçlara qulluq, ağız və dişlərə qulluq, sağlamlıq və digər sahələrdə bir çox faydaları var. Çox ucuz olan və demək olar ki, hamının evində istifadə etdiyi sodanın hansı digər faydaları olduğunu yazımızı oxuyaraq öyrənin.

Tərləmənin qarşısını alır

4 yemək qaşığı sodanın içinə bir neçə damcı yağ töküb qarışdırın. Bu qarışığı qoltuq altlarınıza çəkin. Beləliklə, həm tərləmənin, həm də qoxu gəlməsinin qarşısını almış olacaqsınız.

Sızanaqlarla mübarizə

Soda sızanaqların aparılmasında təsirli vasitələrdəndir. Sodanı məcun halına gətirərək sızanaqların üzərinə çəkin.

Dişləri ağartmaq

Soda ilə Hidrogen peroksidi qarışdıraraq dişlərinizi ağartmaq üçün istifadə edə bilərsiniz. Lakin davamlı istifadə etmək diş minasına zərər verə bilər. Ona görə də həftədə bir dəfə istifadə edilməlidir.

Nəfəsin təzələnməsi

Bir stəkan suya bir çay qaşığı soda əlavə edib ağzınızda çalxalayın. Sonra ağzınızı yuyun. Beləliklə nəfəsinizi təzələmiş olacaqsınız.

Dərini yumşaltmaq

Su ilə soda qarışığını bədəninizin quru olan hissələrinə çəkin, daha sonra isə ilıq su ilə durulayın. Bu sayədə dərinizin yumşaldığını hiss edəcəksiniz.

Saçları kimyəvi maddələrdən təmizləmək

İstifadə etdiyiniz şampunların bir çoxunda saça zərər verən kimyəvi maddələr var. Saçlarınızı bu kimyəvi maddələrdən təmizləmək üçün soda ilə saç diblərinizə masaj edə bilərsiniz. Lakin sodanın pH səviyyəsi yüksək olduğu üçün bu üsuldan çox istifadə etməyin. Ayda bir dəfə tətbiq etməklə təsirini hiss edəcəksiniz.

Dırnaqları təmizləmək

Məcun halına gətirdiyiniz sodanı əl və ayaq dırnaqlarınıza masaj edərək çəkin. Sonra durulayın. Bu həm dərinin yumşalmasına, həm də qoxuların aparılmasına kömək olacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar