“Üz formanıza uyğun eynək seçimi necə edilir?

Üz formanıza uyğun eynək seçimi necə edilir?

Bir çox şəxs tərəfindən aksesuar kimi də sevilən eynəklərin seçimini etmək də bir o qədər çətindir. Mövsüm trendlərinə əsasən seçilmiş, üzünüzə oturmayan eynəklər yerinə, üz formanızı müəyyən edib stilinizə uyğun eynəyi seçin.

Eynək seçimində diqqətli olmalısınız. Bu zaman aşağıdakılara xüsusi diqqət yetirin:

- Çərçivəsinin forması üz formanız ilə kontrast yaratmalıdır.
- Çərçivənin ölçüləri üzünüzlə uyğunlaşmalıdır.
- Göz bəbəkləriniz çərçivənin tam ortasına düşməlidir.
- Çərçivənin rəngini seçərkən saç və göz rənginiz qədər geyimdə də üstünlük verdiyiniz rəng tonlarına uyğun bir seçim etməlisiniz.

İndi isə gəlin birlikdə üz formalarına uyğun eynək seçimlərinə nəzər salaq.

Dairəvi üz forması.
Eni və hündürlüyü bərabər, dolğun üz quruluşuna sahibsinizsə, bu, dairəvi üz formasına sahib olduğunuz anlamına gəlir. Deməli məqsədiniz üzünüzü daha incə və uzun göstərəcək çərçivə seçmək olacaq. Bunun üçün:

- Küncləri bəlli olan çərçivələr seçin.
- Kənarlarını daha qalın seçərək üzünüzü daha uzun göstərə bilərsiniz.
- Çox dairəvi eynəklərdən uzaq olmağa çalışın.

Oval üz forması.
Oval üz forması proporsional olması səbəbindən ideal üz forması olaraq qəbul edilir. Bu səbəbdən də demək olar ki, hər eynək formasını gözəl daşıyır. Oval üz formasına sahib olanların diqqət etməli olduğu nüanslar:

- Üzünüzün təbii tarazlığını pozacaq çərçivələrdən uzaq durun.
- Çərçivə seçimlərinizin üzünüzə uyğun olmasına diqqət edin. Genişliyi üzünüzün eni qədər olan çərçivələr seçin.

Kvadrat üz forması.
Düzbucaqlı və ya kvadrata bənzər üz formasına sahibsinizsə, məqsədiniz üzünüzün kəskin xətlərini ovallaşdırmaq olmalıdır. Bunun üçün:

- Seçiminizi yuvarlaq çərçivələr arasından edin.
- Çərçivənin kənarları incə olsa yaxşıdır.
- “Cat Eye” deyilən eynəklər də kvadrat üzlər üçün idealdır.

Ürək üz forması.
Bu üz formasında üz yanaqlara və çənəyə doğru getdikcə daha da daralır. Məqsədiniz geniş alnınızı dar göstərəcək eynəklər seçmək olmalıdır. Bunun üçün:

- Çərçivələr göz səviyyəsinin altında qalan hissəni geniş göstərməli və dar çənənizi daha geniş göstərə bilməlidir. Bunun üçün də alt hissəsi daha geniş çərçivələri seçin.
- Naxışlı və qalın çərçivəli eynəkləri seçib üz cizgilərinizə diqqət çəkmək doğru olmayacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar