Gözəllik yuxusu qadınlar arasında olan bir xurafat deyil. Mütəxəssislər gecə kremlərinizi gecə yatmazdan əvvəl çəkib, sonra yatmağı təklif edir. Yuxuda bərpaedici və nəmləndirici kremlər təsirlərini daha sürətli şəkildə göstərirlər. Əslində gözəllik yuxusunun tərifi də budur.
Daimi təmizliyi edilən dərinin sağlam olması gözləniləndir. Dermotoloqlar bunun üçün sizə iki məhsul təklif edir. Bunları hər gün istifadə etmək lazımdır. Məhsullardan biri üz təmizləyicisi digəri isə peeling üçün vasitədir. Əgər təbii bir peeling seçimi etmək istəsəniz, incə qarğıdalı nişastasıyla da üzünüzə peeling edə bilərsiniz.
Hamımız makiyaj təmizləmək mövzusunda bir az tənbəlik. Buna görə də makyajımızı yuyaraq təmizləmək yerinə, təmizləmə bezləriylə silməyi üstün tuturuq. Halbuki, bu bez üzümüzdəki bütün çirki, bakteriyanı, yağı silmək yerinə, məsamələrimizin içinə itələyir. Dərimizə olduqca zərər verən bu vəziyyəti yaşamamaq üçün gel teksturalı makiyaj təmizləyicilər ilə makyajımızı çıxarmalıyıq.
Günəşin zərərli təsirləri artıq hər kəs tərəfindən bilinir. Dəri quruluğu və qəhvəyi ləkələr günəşin zərərli şüalarının bizlərə ən çox göstərdiyi problemlərin başında gəlir. Bu zərərli şüalardan qorunmaq üçün isə edilməsi lazım olan şey olduqca sadədir. Dəri məhsullarınızı üzünüzə tətbiq etdikdən sonra ən son bir günəş qoruyucusu çəkmək lazımdır.