“Soğan niyə gözləri yaşardır?

Soğan niyə gözləri yaşardır?

Qənaətcil bir tədbir olmasa da, soğanı soyarkən kranı az da olsa açıq buraxaraq, soğanın çıxardığı qoxunun suyun içindəki oksigen sayəsində uçub getməsini təmin edə bilərik. Təbii ki, bu üsul susuz qalan dünyamızda elə də funksional deyil.

Amma narahat olmayın, bir üsulumuz da var, soğanları doğrayarkən hələ ilk kəsik zamanı soğanı duzlasaq və doğradıqca duz səpməyə davam etsək, soğan daha az göz yaşardar. Duz soğanın təsirini yüngülləşdirəcəyi üçün gözlərimiz bir az rahatlaşa bilər. Təbii ki, bu şəkildə duzladığımız soğanla yemək bişirərkən diqqət yetirməyiniz lazım olan məqam isə yeməyə daha az duz qoymaqdır. Çünki soğanlar kifayət qədər duzlu olacağı üçün yemək çox duzlu ola bilər.

Soğan doğrandıqda onu meydana gətirən hüceyrələr parçalanır. Soğan hüceyrələri iki hissədən ibarətdir. Bunlardan biri allinazlar olaraq adlandırılan fermentləri və sulfid birləşmələrindən ibarət olan amin turşularını ehtiva edir. Allinazlar, sulfidləri parçalayaraq, sulfenik turşuya çevirir. Sulfenik turşu isə qərarsız bir quruluşa malikdir və qısa müddətdə uçucu bir kükürd birləşməsinə çevrilir. Bu qaz havada sürətlə yayılır. Bu qazı "soğan qoxusu" olaraq hiss edirik. Yenə bu maddə gözümüzə çatdıqda onu yandıran bir turşuya çevrilir. Yəni gözümüzü yandıran bu qazın özü deyil, onun gözyaşımızla reaksiyaya girməsi nəticəsində ortaya çıxan sulfat turşudur. Gözümüzü nəmli tutan bu gözyaşı mayesində kiçik miqdardakı sulfat turşusu çox həssas olan göz sinirlərini xəbərdar edir.

Gözümüzün bu qədər həssas olması onun gözə qaçan xarici maddələri uzaqlaşdırmasına köməkçi olur. Sulfat turşusu da gözü qıcıqlandıran zərərli bir maddə olduğundan gözümüzdəki sinirlərin aldığı xəbərdarlıqların sayəsində gözyaşı vəziləri daha çox gözyaşı ifraz edərək xarici maddələri uzaqlaşdırmağa çalışır. Yəni bir baxıma gözümüzü yuyaraq təmizləyir. Gözümüzə toz, ya da başqa bir xarici maddə qaçdıqda da bənzər reaksiyalar ortaya çıxır.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!